Ruprexti itburnusu

Ruprexti itburnusu (lat. Rosa ruprechtii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Ruprexti itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Rosa ruprechtii

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Ermənistanda təbii arealı vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın (Daşkəsən rayonu) şimal ərazilərində təbii halda yayılmışdır.

Azərbaycanın nadir bitkisidir. NT.

Orta və yuxarı dağ qurşaqlarında meşə kənarlarında cəngəlliklərdə, daşlı uçrumlarda, çay kənarlarında rast gəlinir.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2–3 m olan sıx qollu budaqlı koldur. Bitkinin qopartikanları dağınıq bizvari olub qaidə hissəsi enliləşmişdir. Yarpaqları iri, 7-9 sm uzunluğundadır. Yarpaqcıqlar 5-7 ədəd olub, 4-5 sm uzunluğunda 2-3 sm enində olur.Yarpaqcıqları oval şəkilli, uzunsov ellips şəkilli, üst hissədə tutqun, boz yaşıl, alt hissədə isə solğun rəngdə olur və vəzili tükcklüdür. Çiçəkləri azçiçəkli bitki qrupunda toplanmışdır. Çiçək saplağı 1-1,2 sm olub, meyvə halında aşağıya doğru sallanır. Ləçəkləri tünd çəhrayı rəngdə olur. Meyvəsi yetişəndə tökülmür. Meyvələri yumru və ya armudvarı olub, 2-3 sm uzunluğundadır. İyun-iyul ayları arasında çiçək açır.

Təbiətdə generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.