Kolxida bigəvəri (lat. Ruscus colchicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü.
Kolxida bigəvəri | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Kolxida bigəvəri |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qərbi Zaqafqaziyada, Krasnodarda, Qaradəniz sahillərində, Tuapsedə, Azərbaycanda, Türkiyədə, Aralıq dənizi sahillərində təbii halda bitir.
Çoxillik yarımkoldur. Hündürlüyü 45-55 sm-ə çatır. Düz dayanan, çox vaxt sadə gövdələri və budaqları fillokladilərə çevrilmişdir. Yarpağı üçkünc, dərili, oturaq, paralel damarcıqlı və xırdadır. Fillokladiləri sıx yerləşmiş, çox iri, uzunsov və ya uzunsov-lansetvari, uzunluğu 6-9 sm, eni 2-4 sm, ucu biz, bünövrəsi dar, aşağıda üzbəüz, yuxarıda növbəlidir. Çiçəyi xırda (5-6), fillokladininin aşağı tərəfində, küt, lansetvari, xırda çiçəkaltlığının qoltuğunda yerləşir. Giləmeyvələri saplaqda, iri, qırmızı, diametri 8-10 mm, 2 toxumludur. Fillokladiləri forma və ölçülərinə görə dəyişir. Yayın axırlarında onların aşağı tərəfində yerləşən çiçək qrupları inkişaf edir. Çiçəkləri tədricən payızda və qışda açılır, yazda isə meyvələri yetişir. Toxumlarla və vegetativ yolla çoxalır. Zoğ böyüdükcə fillokladilər yaşıllaşır və dərili olur. Sürünən həşəratlarla tozlanır. Tökülmüş meyvələri ilyarım-iki ildən sonra cücərmə qabiliyyətinə malik olur. Toxumların bu cür uzunmüddətli dinclik dövrü artıq tökülmüş meyvədə rüşeymin yavaş inkişafı ilə əlaqədardır.
Əsasən kölgəli yerlərdə, qarışıq və yarpaqlı meşələrdə, şümşad, ağ şam meşələrində kiçik qruplarla rast gəlinir. Bigəvərin ən mezofil növüdür. Kölgəyə davamlı bitkilərdən biridir.
Xəzər dənizinin cənub sahillərində geniş yayılmışdır.
Dekorativ bitkidir.