Rusiya–Osmanlı müharibəsi (1806–1812)

Rusiya-Osmanlı müharibəsi (1806–1812) — Napoleonun apardığı işğalçı müharibələr Osmanlı imperiyası ilə Rusiya imperiyasını yaxınlaşdırdı. 1805-ci ildə imzalanmış müqaviləyə görə, rus hərbi gəmiləri Bosfor və Dardanel boğazlarından keçmək hüququ aldı, lakin rusların Valaxiya və Moldovada, ingilislərin isə Misir və Suriyada fəallaşması Austrelis döyüşündən sonra III Səlimi Fransa ilə yaxınlaşdırdı. 1806-cı ildə rus qoşunlarının Valaxiya və Moldovanı tutması Osmanlının Rusiyaya müharibə elan etməsinə səbəb oldu. Osmanlıların Fransanın köməyi ilə Krımı qaytarmaq cəhdi alınmadı. 1812-ci il mayın 16-da Buxarest sülh müqaviləsi bağlandı.

Rusiya–Osmanlı müharibəsi
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Sülhün şərtlərinə görə
  1. Bessarabiya Rusiyaya keçdi.
  2. Dunay çayında rus gəmilərinin üzmə hüququ təsdiq edildi.
  3. MoldovaValaxiya Osmanlıya qaldı, Serbiyaya isə özünüidarəetmə hüququ verildi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]