Rusiya-Osmanlı müharibəsi (1686–1700) — 1683–1699-cu illər Osmanlı-Kutsal İttifaq Müharibəsinin bir hissəsidir. II Vyana mühasirəsindən sonra bir çox Avropa ölkələri Osmanlı İmperiyasına qarşı birləşərək hücuma keçdi. 1686-cı ildə Rusiya da Müqəddəs İttifaq ölkələrinə qoşuldu. 1687 və 1689-cu illərdə Krıma, 1695 və 1696-cı illərdə isə Osmanlılara aid Azaka hücuma keçdilər. Krımda uğurlu olmayan Rusiya, Azakı ələ keçirməyi bacardı. Müharibə 1700-cü ildə İstanbulda imzalanan bir sazişlə sona çatdı.
Rusiya-Osmanlı müharibəsi (1686-1700) | |||
---|---|---|---|
Tarix | 1686 - 1700 | ||
Yeri | Azak | ||
Nəticəsi | Rusiyanın qalib gəlməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
2 may 1687-ci il tarixində Çar Vasili Golitsin başçılığı ilə 132 min nəfərlik Rus ordusu Krıma doğru yürüşə çıxdı. 30 mayda bu orduya sol sahil Kazaklarının atamanı İvan Samoyloviçin başçılığı ilə 50 min nəfərlik Kazak ordusu qoşuldu. Yaz istisində irəliləyən bu böyük ordu yemək və su çətinliyinə məruz qaldı. 17 iyunda nail olmağa çalışdıqları Perekop qışlaqlığına 6 həftə uzaqlığındaykən geri qayıtmağa qərar verdilər.
1689-cu ildə Ruslar bir daha eyni səfərə çıxdılar. Bu dəfə fevral ayında yola çıxaraq yay istisindən qorunmaq istəyirdilər. 20 Mayda Perekop qışlaqlığına çatdılar, amma Krım xanlığının hücumuna məruz qaldılar. Susuzluqdan sıxıntı çəkdilər. Golitsin yenə geri çəkilmə əmri verdi. Hər iki Krım səfəri də uğursuz olmuşdu. Yenə də bu müharibə Krım Xanlığını məşğul edərək Osmanlı-Kutsal İttifaq Müharibələrində Osmanlıların köməyinə çatmalarına maneə olmuşdur.
Rusların ilk Azak yürüşü 1695-ci ilin baharında başladı. 27 iyunda Ruslar Azak qalasını mühasirəyə aldılar. Ancaq Osmanlıların çay yolu ilə qalaya ərzaq və sursat gətirmələrinə mane ola bilmədilər. Ruslar 5 avqust və 25 sentyabrda iki dəfə hücuma keçdilər. Ancaq uğursuzluğa uğradılar. 1 oktyabrda mühasirə etməyi qaldırmaq məcburiyyətində qaldılar.
Bu mühasirənin müvəffəqiyyətsiz olması ilə Rus Çarı I Pyotr dərhal bir donanma inşa edilməsini əmr etdi. 1696-cı ilin aprel ayında Aleksey Sein başçılığı ilə 75 min nəfərlik bir ordu quru yolu ilə Azak Qalasına doğru yola çıxdı. Eyni zamanda yeni inşa edilmiş Rus donanması Voronej çayı və Don çayı vasitəsilə Azak qalasına doğru yelkən açdı. 27 mayda bu donanma Azak qalasını mühasirəyə aldı. 14 iyunda 4 min əsgər və 23 gəmidən ibarət olan Osmanlı donanması Azak qalasının köməyinə çatdı. Ancaq Rus donanması 2 Osmanlı gəmisini batırmağı bacardı. İyulun 19-də Azak qalası Rusların əlinə keçdi.
Krımda artıq bir uğur əldə etməyən Rusiya bu müharibədə Azak qalasını ələ keçirməyi bacarmışdı. Bu müharibə həmçinin Rus donanmasının ilk böyük uğuru idi. 14 iyul 1700-cü il tarixində Osmanlı Dövləti Rusiyaya İstanbul Müqaviləsini imzalayaraq Azak qalasını ruslara təhvil verdi.