Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rusiya-Çin münasibətləri—Rusiya və Çin arasında əlaqə.
Rusiya-Çin münasibətləri XIX əsrin I yarısında Rusiya-Amerika münasibətlərində olduğu kimi təsadüfi xarakter daşıyırdı və Rusiyanın Qərbi Avropa dövlətləri ilə münasibətləri yalnız qismən inkişaf etmişdir.
Çar hökuməti əmtəə-pul münasibətlərinin inkişafında əsas diq- qəti Yaxın və Uzaq Şərq ölkələri ilə xarici siyasət əlaqələrinin genişləndirilməsinə yönəltmişdi. İqtisadi cəhətdən Rusiyaya nisbətən geridə qalmış bu dövlətlər inkişafda olan Rusiya sənayesi üçün münasib satış bazarları təşkil edirdi.
XIX əsrin I yarısında Rusiya-Çin münasibətləri başlıca olaraq ticarər xarakteri daşıyırdı. Çinə ixrac olunan məhsullar əsasən xəzlər, pambıq və mahud parça, gön dəri idi. Çin tacirləri Rusiyada çay,ipək parça, daş-qaş satışlarının həyata keçirirdilər. Rusiya-Çin ticarəti mübadilə xarakteri daşıyırdı.
Rusiya-Çin münasibətləri XIX əsrin münasibətləri XIX əsrin 50-ci illərində gələcək inkişaf üçün yeni imkan əldə etdi.1851-ci ilin 25 iyulunda Kuldje rus və çin vəkilləri arasında yeni ticarət müqaviləsi imzalandı. Bu müqviləyə əsasən hər iki dövlətin tacirlərinin gömrüksüz ticarət etmək hüququ təsdiqləndi.
III maddədə göstərilir:"Həmin ticarət iki dövlət arasında qarşılıqlı dostluq əlaqələri üçün açılıb. Buna görə hər iki dövlət heç bir gömrük götürmür." Müqavilə rus gəmilərinin bir-birinin ardınca nizamla getməsini və rus tacirlərinin Çinə gəlib çatma müddətini müəyyən etdi.
Krım müharibəsindən sonra Rusiyanın Uzaq Şərqlə xarici siyasət fəaliyyəti nəzərə çarpacaq dərəcədə gücləndi. İngiltərə, ABŞ, Fransanın Çində yayılması Rusiya-Çin münasibətlərinə mənfi təsir göstərdi. Rusiyanın Çinlə Kyaxtu vasitəsilə etdiyi ticarət tənəzzülə uğradı. Belə ki, rus sənayeçiləri və tacirlərinin maraqları azaldı, bu ticarətdən çıxarılmış böyük mənfəətdən, əmlaklardan və gömrük gəlirlərindən məhrum oldu. Krım müharibəsi göstərdi ki, Rusiyanın Uzaq Şərq sərhədləri olan Alyaska, Kamçatka müdafiəsizdir. Rusiya Uzaq Şərqdəki torpaqları müəyyən hədələrlə ələ keçirərək yaratmışdı. Bunların sərhəddi hələ dəqiq müəyyən olunmamışdı.
Rusiyanın Yaxın Şərqdə Qərbi Avropa ölkələri ilə münasibətləri ziddiyyətləşmişdi. Bu dövrdə Qərbi ölkələrinin ekspansiyası da güclənmişdi. Amerika Uzaq Şərqdə çar hökuməti üçün vacib olan Çinlə imzalanmış əvvəlki ticarət müqaviləsinə yenidən baxılması və Uzaq Şərqdə sərhədlərin Rusiya ilə Çin arasında bölünməsi haqqında razılıq əldə etdi.
Qeyd etdiyimiz kimi, çarizmin Asiyadakı siyasəti daha da gücləndi. İlk növbədə çar hökuməti Priamoryadakı mövqeyini möhkəmləndirməyi vacib hesab edirdi. Məlum olduğu kimi, 1689-cu ildəki Nerçinski müqaviləsi ilə Rusiya əlacsız qalıb Priamoryadakı əhəmiyyətli əraziləri Çin imperiyasına güzəştə getməyə məcbur oldu. Qeyd edək ki, bu ərazilər heç vaxt Çinə aid olmayıb və əvvəllər burada rus əhalisi məskunlaşmışdır. Ud çayından cənuba doğru yerləşən dənizkənarı ərazilərdə sərhəd müəyyən olunmamış qaldı.
Baxmayaraq ki, Mərkəzi Priamorya formal olaraq Çinə verilmişdi, faktiki isə bu ərazilər Çin imperiyasının tərkibinə daxil deyildi. İqtisadiyyatdan kənar olan bu geniş ərazidə yaşayan azsaylı əhalinin Çinlə əlaqəsi yox idi və ona vergi vermirdilər. Həmin vaxt Baykal və Yakutiyada yaşayan rus əhalisi Priamorya sakinləri ilə ticarət əlaqələrini genişləndirmişdilər.
Rusiyanın Sakit Okeanda mövqeyinin möhkəmləndirməsi ilə əlaqədar olaraq rus mülkədarları, tacirləri və hərbi-inzibati dairələri Amur çayı hövzəsindəki mübahisəli sərhədlər barədə razılığa gəlmək üçün hökumətə müraciət etdilər. Bu istiqamətdə xüsusi fəallıq göstərən Şərqi Sibirin general-qubernatoru Muravyev oldu. Çinin İngiltərə ilə 1840–1842-ci illərdə apardığı I tiryək müharibəsi onda böyük narahatlıq doğurdu. Daha sonra Fransa da Çinin qərbin kapitalist dövlətlərinin köməyi ilə əsarət altına almağı və Sakit Okeanın Çin sahillərində dəniz limanları açmağı qərarlaşdırdı.
Rusiya İngiltərə, Fransa və ABŞ gəmilərinin Amura daxil olmasına görə onları hədələməyə başladı. ABŞ-dən olan çoxsaylı sənayeçilər Oxot dənizində kit ovu ilə məşğul olmağa başladılar. Hələ 40-cı illərdən Muravyev Amur çayı hövzəsində bununla məşğul olmağı məsləhət görmüşdü.50-ci illərə qədər çar və daha nüfuzlu olan Peterburq əyanları buna meyil etdilər ki, Rusiya Sakit Okeandakı öz gücündən uzaqlaşmasın.
XIX əsrin 40-cı illərində çar hökuməti bu ölkələri yoxlamaq üçün Amur çayı hövzəsinə bir neçə ekspedisiya göndərdi. Xüsusən də 1849-cu ildə kapitan Nevelskinin rəhbərliyi altında təşkil olunan ekspedisiya uğurlu oldu. Bu ekspedisiya sübut etdi ki, Oxot və Yapon dənizlərini birləşdirən boğaz vasitəsilə ayrılır. Bu da ekspedisiyanı Çin və Yaponiyanın şimal dəniz sahillərinə yönəltməyə imkan verirdi. Bu ekspedisiyadan əldə olunan digər mühüm nailiyyət isə Amur çayının mənsəbində böyük okean gəmilərinin keçidi üçün müəyyən ehtimalların olmasının aşkarlanmasından ibarət idi. Nəticədə, 1850-ci ildə Nevelski Nikoloyevsk şəhərinin əsasını qoydu və orada rus bayrağını qaldırdı. Rus sakinlərinin məskunlaşması prosesi başladı.1853-cü ildə Saxalində rus hərbi mövqeyinin əsası qoyuldu.
Krim müharibəsi zamanı öz igidliyi ilə fərqlənən Muravyev Amurun aşağı hissəsinə artilleriya ilə təchiz olunmuş qoşunun və solsahil Amurun Rusiyaya verilməsinin təsdiqi üçün Çinlə danışıqlar aparacaq. Səlahiyyətli nümayəndənin göndərilməsi haqqında çarın icazəsinə nail oldu.
Çinin 1856–1860-cı illərdə İngiltərə və Fransa ilə apardığı ikinci tiryək müharibəsi və 1850–1864-cü illərdə Xuan Sütsuanın rəhbərliyi altında baş qaldıran taypinlər hərəkatı onun vəziyyətini xeyli mürəkkəbləşdirdi. İngilis-fransız hərbi qüvvələrinin şimal-şərqi Çinə hücumları dayandı. Yaranmış belə bir vəziyyətdə çin hökuməti əlverişli razılaşmaya əsasən Nerçinski müqaviləsi ilə zorla alınmış torpaqların bir hissəsini Rusiyaya qaytardı.1828-ci iln 28 mayında Amur çayının sol sahilinin (Arqundan Amura qədər olan hissə) ya məxsus hesab olundu. Ussuriya ilə dəniz arasındakı torpaqlar isə ölkələr arasında sərhədlər dəqiq müəyyə olunana qədər açıq qaldı. Amur, Ussuriya və Sunquridə gəmi səfərləri üçün icazə yalnız rus və çin gəmilərinə verildi.
1858-ci iln iyununda Çin limanlarında ticarətdə yeni nizam-intizam müəyyən etmək üçün Tyanzində yeni ticarət müqaviləsi imzalandı. Müqaviləyə Rusiya Çinlə ticarəti təkcə quru yolla deyil, dəniz də edə bilərdi. Rus gəmiləri Çinin yalnız Qərbi Avropa ölkələri və ABŞ üçün açıq olan Şanxay, Fucjou, Quançjou limanlarına yol aldı.
1860-cı ilin Çin noyabrında Aqyun və Tyanzin müqavilələrini təsdiq edən və Rusiyanın Ussuriya kənarlarında möhkəmləndirən Rusiya ilə Çin arasında həmişəlik sərhəd xəttini müəyyən etdi. Bu sərhəddə həmçinin Rusiya tacirləri üçün yeni ticarət məntəqələrinin açılması və Priamorya və Cənubi Ussuriyanın sərhədboyu ərazilərində gömrüksüz ticarət edilməsi üçün razılğın əldə edilməsi göstərilirdi.1959-cu ildə Priamorya rus kəndlilərinin köçürülməsi gücləndirildi.1860-cı ildə isə buzlardan azad olunmuş limanı olan və rus donanması üçün dayanacaq rolunu oynaya bilən Vladivostok şəhərinin əsası qoyuldu. Hələ Uzaq Şərqdə Amur çayı hövzəsində kifayət qədər qoşun və donanması olmayan Rusiya bir müddət Çin imperiyası ilə münaqişələrdən qaçmağa çalışmış və mübahisəli məsələləri danışıqlar vasitəsilə həll etməyə səy göstərmışdi. Güclü rus donanmasının Sakit Okeanda peyda olması və Amur hövzəsində filotiliyanın (gəmi dəstəsi) yaradılması ilə münasibətlərin gücü də dəyişdi.