Amur çayı (çin. 黑龍江, rus. Амур) — Uzaq şərq və Şimali Asiya ərazisindən axan çay. Çay Rusiya və Çin sərhədi boyunca axır. Onun uzunluğu 2824 metr təşkil edir. Çay Oxot dənizi və Yapon dənizinə[1] tökülür.
Amur | |
---|---|
çin. 黑龙江, rus. Амур | |
Ölkələr | |
Mənbəyi | Onon çayı |
• Yüksəkliyi | 304 m |
Mənsəbi | Oxot dənizi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 2824 km |
Su sərfi | 12.800 m³/s |
Hövzəsinin sahəsi | 1855000 km² |
|
|
DSR[rus.] | 20030300112118100000012 |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın adı tunqus-mancur dillərində "amar", "damur" olaraq "böyük çay"[2] mənasında işlədilir. Çinlilər Amuru "Xeyxe" (çin. 黑河) — "qara çay", sonra isə "Xeylunszyan" — (çin. 黑龙江) "Qara əjdaha çayı" adlandlrmışlar. Rəvayətə görə çayda yaşayan qara əjdaha xoşməramlı olaraq burada yaşaya ağ əjdagaya qalib gəlmişdir. Ağ əjdaha çayda gəmiləri batırır, insanların balıq tutmasına maneə olur və istənilən canlıya hücum edirdi. Qalib qara əjdaha çay dibində həyatını davam etdirirdi. Bu rəvayətə görə çayın adı Qara əjdağa çayı adlanır.
Qara əjdahanın quyruğu Monqolustan ərazisinə qədər uzanır. Bədəni isə Rusiyanın dörd, Çinin isə bir vilayətini əhatə edir. Ayaqıarı Stanovoy silsiləsində qərarlaşır. İki sol ətrafları Sunqari çayı və Ussuri çayıdır. Başı Oxot dənizindən (Tatar boğazı) su içir. Qara əjdahanın quyruğu ilə birlikdə uzunluğu 4 500 km, yerləşdiyi ərazi isə 1,8 mln km² təşkil edir. Monqollar çayı "Amur Xara-Muren" — "qara enli çay" adlandırırlar. Mancurlar isə çaya "Saxaliyan ula" (Qara su) deyirlər.
Çayın hövzəsi əsasən iynəyarpaqlı və enli yarpaqlı meşələrin geniş sahə tutduğu ərazidən axır. Bəzi bölgələrdə meşə çöl, çöl və hətta yarımsəhralarda vardır. Hövzəssinin cənub-qərbi nisbətən ariddir. Burada illik yağıntının miqdarı 250–300 mm, mənbədə isə 750 mm təşkil edir.
Amur özü Şilka və Arqun çaylarınln birləşməsindən əmələ gəlir. Bu iki çayın birləşməsindən sonra dənizə töküldüyü əraziyə 2824 km uzunluğa malikdir. Çayın hansı dənizinin hövzəsinə aid olmasında fikir ayrılıqları vardır. Bəziləri onu Oxot dənizinə, digərləri isə Yapon dənizinə aid edirlər. Beynəlxalq hidrologiya təşkilı çayı Oxot hövzəsinə aid edir[3].
Amur üç ölkənin ərazisindən axır. Onun hövzəsinin 995 min km² ərazisi Rusiyanın payına düşür. Bu isə ümumi hövzənin 54 % təşkil edir. Çin ərazisində 44,2 %, Monqolustanda 1,8 % yerləşir.
Amurda orta aylıq su axını (м³/сек) Komsomolke-na-Amure məntəüəsində 1933–1990 illər.[4] ərzində ölçülmüşdür.
Əsas qolları: Zeya çayı, Bureya çayı, Sunqari, Ussuri, Anyuy çayı, Amqun çayı.
Şəhərlər: Amursk, Blaqoveşensk, Xabarovsk, Komsomolsk-na-Amure, Nikolayevsk-na-Amure (Rusiya), Xeyxe (Çin).