Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti

Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət UniversitetiRusiyada universitet; innovasiya texnologiyaları sahəsində elmi-tədrisin mənbəyi olaraq müasir iqtisadiyyatın bütün istiqamətləri üzrə mütəxəssis hazırlığını həyata keçirir.

Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti
Əsası qoyulub 1999
Tip dövlət universiteti
Ünvan Rusiya, Moskva şəhəri
Sayt itbu.ru

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Universitet 1999-cu il, Rusiya Federasiyası Hökumətinin 31 dekabr tarixli sərəncamına uyğun olaraq Rusiya Təhsil Nazirliyinin ali məktəbində elmi-texniki sahibkarlığın inkişafına komək mərkəzi elmi müəssisəsinin əsasında yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının prioritet təşkil etdiyi universitetdə distant təhsilin tətbiqinə xüsusi önəm verilir. Hal-hazırda ali təhsil ocağında distant təhsil portalı (do.itbu.ru) işə salınıb. Yaxın vaxtlarda onun əsasında bir sıra ixtisasların artırılması planlaşdırılır. Hazırda vəkillik, bank hüququ: əsas vəziyyətlər, internet münasibətlərinin hüquqi tənzimlənməsi, qiymətli kağızlar kursları üzrə iş aparılır.

Tədris prosesi

[redaktə | mənbəni redaktə et]

Hazırda Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universitetində 7 fakültə fəaliyyət göstərir: innovasiyaların idarəedilməsi, innovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi, informasiya sistemləri, tətbiqi informatika, idarəetmə və inteqrasiya edilmiş marketinq kommunikasiyaları, vətəndaş-hüquqi intizamlar, dizayn və reklam.

İnnovasiyaların idarəedilməsi kafedrasında tələbələr innovasiya fəaliyyətini idarə etmə sahəsində, strateji idarəetmə, innovasiya layihələrini idarə etmə, biznes planlaşdırma üzrə bacarıqlar əldə edirlər. Tələbələr innovasiya fəaliyyətinin (Project Expert, BP Win, Prime Expert, Microsoft Project, Microsoft Navision və başqaları) təminatı üçün qeydiyyat-analitik proqramlardan istifadə etməyi öyrənirlər.

İnnovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi kafedrası bu ilin sentyabrında keyfiyyətin idarəetməsi və aerokosmik fəaliyyətin innovasiya texnologiyaları kafedralarının birləşdirilməsi nəticəsində yaradılıb. Kafedrada təhsilin qiyabi forması əsasında təhsil alan tələbələrin hazırlığının təşkili üzrə aktiv iş aparılır. Həmçinin kafedranın kadr tərkibinin ixtisaslaşdırması distant formada təhsilin reallaşdırılmasına imkan verir.

İnformasiya sistemləri kafedrasında tədris prosesi Microsoft, IBM kompaniyalarının proqram təminatından, IBM və Oracle-ın hesablama texnikası vasitələrindən, eyni zamanda Cisco, Nortell, D-Link və 3Com aparıcı istehsalçı firmaların şəbəkə avadanlıqlarından istifadə etməklə həyata keçirilir. Kafedrada informasiya sistemləri və texnologiya, informasiya sistemlərində inzibatçılıq, bölüşdürülmüş informasiya sistemləri ixtisasları tədris olunur.

Tətbiqi informatika kafedrasında mühəndis-proqramçı,informasiya resursları, informasiya sistemləri, sistem inzibatçılığı mütəxəssisləri, məlumat bazalarının administratoru, veb-redaktor, sistem analitiki (biznes-analitik), informasiya texnologiyaları menecerlər və s. hazırlanır.

İdarəetmə və birləşdirilmiş marketinq kommunikasiyaları kafedrasında intellektual mülkiyyəti idarə etmə, iqtisadiyyatın dövlət tənzimləməsi, idarəetmənin informasiya texnologiyaları, dövlət və bələdiyyə mülkiyyətini idarəetmə və bir sıra digər ixtisaslar fəaliyyət göstərir.

Vətəndaş hüquqi intizamlar kafedrasında tədris vəkillik, qiymətli kağızlar, informasiya və internet, intellektual mülkiyyət, bank , investisiya, sığorta fəaliyyəti üzrə təşkil edilib.

Dizayn və reklam kafedrasında reklam və ictimaiyyətlə əlaqələr, dizayn ixtisasları üzrə kadrlar hazırlanır. Kafedra yanında innovasiya dizaynı laboratoriyası açılıb.

Elmi-tədqiqat fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universitetində müasir texnologiyalara əsaslanan tədris prosesi ilə yanaşı elmi-tədqiqat işləri də uğurla həyata keçirilir.

Universitetdə əsasən iqtisadi sistemləri idarə etmə, prinsiplər, formalar və onun həyata keçməsi metodları, informasiya cəmiyyətinin formalaşması şəraitində cəmiyyətin və şəxsiyyətin hüquqi mədəniyyəti, innovasiya infrastrukturunun müasirləşdirməsi, daxili və xarici bazarlarda şirkətlərin rəqabətə davamlılığının artımı, süni intellektin sistemlərində biliklərin təqdim edilməsi metodologiyası, informasiya korporativ informasiya sistemlərinin planlaşdırılması və tətbiqi proqram təminatının hazırlanması, İT mütəxəssislərin təlimində müasir instrumental proqram vasitələrindən istifadənin metodologiyası istiqamətləri üzrə elmi-tədqiqat fəaliyyəti göstərilir. Bununla yanaşı, araşdırmalara simsiz sensor şəbəkələr, müxtəlif təyinatlı simsiz şəbəkələrdə səhvlərdən müdafiə və yeni metodların hazırlaması metodlarının effektivliyi, 3D nano sxem texnikasının modelləşdirilməsi, distant təhsilin müxtəlif texnologiyaları, proqramlaşdırma dilləri, veb proqramlaşdırma və bir sıra digər sahələr daxildir.

Eyni zamanda, elmi əməkdaşlıq universitetin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Belə ki, elmin müxtəlif sahələrində bir sıra xarici və yerli müəssisələrlə sıx əməkdaşlıq edir.

Elektron kitab fondu

[redaktə | mənbəni redaktə et]

Universitetin kitab fondu (www.knigafund.ru) “Elektron kitabxana” sisteminə qoşulub. Hər bir tələbəyə kitab fonduna fərdi giriş üçün elektron açar ayrılıb.Giriş üçün saytda qeydiyyatdan keçmək və hesabı aktivləşdirdikdən sonra fərdi kabinetdə kartın pin-kodunu daxil etmək lazımdır.

Elektron-kitabxana sistemində Rusiya Federasiyasının ali təhsil müəssisələrinin əksəriyyətində təhsil üçün lazım olan bütün ədəbiyyatlar təqdim edilib. Elektron-kitabxana sistemi bazasına müxtəlif sahələrə dair kitablar, tədris materialları, monoqrafiyalar, arxiv sənədləri daxildir. Ədəbiyyatın kateqoriyalar üzrə rahat sistemləşdirməsi lazımi kitabı tez tapmağa imkan verir.

Bununla yanaşı, saytın rahat naviqasiya sistemi, sürətli axtarış üçün təklif edən bir çox əlavə funksiyalar tələbələrin işini asanlaşdırır.