Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi (rus. Уфимский федеральный исследовательский центр Российской Академии Наук, başq. Рәсәй Фәндәр академияһы Өфө федераль тикшеренеүҙәр үҙәге) — Rusiya Elmlər Akademiyasının Ufa şəhərində yerləşən Regional Elmi Mərkəzi. 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırd filialı kimi qurulmuşdur. 2017-ci ildən müasir adını daşıyır.
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi |
---|
|
Yaranma tarixi |
1951 |
ufaras.ru |
- 1951-ci il. SSRİ Elmlər Akademiyasının Başqırd filialının (SSRİ EA BF) yaradılması. Tərkibinə Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Mədən və Geologiya İnstitutu, iqtisadi tədqiqatlar və kimya sektorunun daxil idi.
- 1961—1963-cü illər. SSRİ Elmlər Akademiyasının yenidən qurulması zamanı SSRİ EA BF-nın əksər qurumları SSRİ Dövlət Elm və Texnologiya Komitəsinə verildi.
- 1967-ci il. SSRİ EA BF bərpa edildi. Tərkibinə Geologiya İnstitutu, Kimya İnstitutu, Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Biokimya və Sitokimya şöbəsi, İqtisadi Tədqiqatlar şöbəsi daxil idi.
- 1987-ci il. SSRİ EA BF, SSRİ Elmlər Akademiyasının Ural şöbəsinin tərkibində Başqırd Elmi Mərkəzinə çevrildi.
- 1992-ci il. Rusiya Elmlər Akademiyasının (REA) Ufa Elmi Mərkəzi müstəqil regional elmi mərkəz kimi fəaliyyətə başladı.
- 2017-ci il. REA Ufa Elmi Mərkəzi, REA Ufa Federal Araşdırma Mərkəzinə çevrildi.[1]
- Marat İlhamov, Саитова М. А. Академическая наука Башкортостана // Вестник Российской академии наук. М., 2000. — Т. 70, № 6.
- Rail Kuzeyev, Наука в Башкирской АССР сегодня и завтра. Уфа: Издательство Башк. респ. орг. об-ва «Знание», 1980.
- Robert Niqmatulin, Мои тринадцать башкирских лет // Вестник Российской академии наук. Т. 82. № 2. 2012. С. 159—169
- Республика, склонённая над книгой. Башкирский филиал АН СССР. // Башкирия за полвека. Уфа: Башкирское книжное издательство, 1969.