Rusiya Yəhudi Konqresi

Rusiya Yəhudi Konqresi (RYK) — Rusiyanın ən böyük müasir yəhudi təşkilatı.[1][2][3][4] 1996-cı ildə yaradılıb. Qeyri-kommersiya xeyriyyə fondu kimi fəaliyyət göstərir. Təşkilat Rusiyanın ən nüfuzlu və varlı yəhudilərini — yüksək rütbəli məmurları, iş adamlarını, elm və mədəniyyət xadimlərini özündə birləşdirir.

Rusiya Yəhudi Konqresi (RYK)

rus. Российский еврейский конгресс
ivr.הקונגרס היהודי-רוסי‏‎
Loqonun şəkli
Sədri Gennadi Xazanov
Lideri Yuri Kanner (2009-cu il mayın 14-dən)[1]
Quruluş tarixi 1996
Baş qərargah
Saytı rjc.ru

RYK rəhbərliyi

[redaktə | mənbəni redaktə et]
Mixail Fridmanın Rusiya Yəhudi Konqresində çıxışı, 2009-cu il.

RYK-nin rəhbər orqanları — rəyasət heyəti, direktorlar şurası və ictimai şuradır. Rəyasət heyətinin tərkibinə daxildir: Mixail Fridman, Leonard Blavatnik, Leonid Melemed, Boris Mints, German Zaxaryayev, Andrey Rappoport, David Yakobaşvili, Yevgeniya Albats, Yuli Qusman, Berl Lazar, Henri Reznik, Vladimir Solovyov, Gennadi Xazanov, Mixail Çlenov, Mixail Berger, Mixail Jvanetski, Qriqor Kroşner və s.

Təşkilatın təftiş komissiyasına Rusiyanın keçmiş iqtisadiyyat naziri Yakov Urinson rəhbərlik edir.

RYK prezidentləri

[redaktə | mənbəni redaktə et]
  • 1996—2001 — Vladimir Qusinski
  • 2001 — Leonid Nevzlin
  • 2001—2004 — Yevgeni Satanovski
  • 2004—2005 — Vladimir Slutsker
  • 2005—2009 — Vyaçeslav Kantor
  • 14 may 2009-cu ildən — Yuri Kanner
  1. 1 2 "Российский еврейский конгресс возглавил известный меценат Юрий Каннер". RİA Novosti. 15 мая 2009. 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-14.
  2. "Вести.Ru: Российский еврейский конгресс возглавил Юрий Каннер". 2011-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-18.
  3. Андрей Козенко, Павел Коробов. "Антиантисемит". Коммерсантъ № 22 (4077). 7 февраля 2009. 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-14.
  4. Павел Ралдугин. "Взаимодополнение". Российская газета. 25 марта 2009. 2011-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]