Rusiyada transgender keçidini qadağan edən qanun

Rusiyada transgender keçidini qadağan edən qanun (həmçinin cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun [1] ) 14 iyul 2023-cü ildə Dövlət Duması [2] tərəfindən qəbul edilmiş, daha sonra 19 iyul 2023-cü ildə Federasiya Şurası tərəfindən təsdiq edilmişdir.[3] Prezident Vladimir Putin tərəfindən sənəd imzalandıqdan sonra 24 iyul 2023-cü ildə qüvvəyə minmişdir.[4] Qanun insan haqları müdafiəçiləri, LGBT fəalları və tibb ictimaiyyəti tərəfindən ciddi şəkildə tənqid edilib; Human Rights Watch bunu insan hüquqlarının pozulması kimi qiymətləndirib. Qanun transgender insanlar tərəfindən tələb olunan və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara daxil edilən tibbi müdaxilələri qadağan edir.[5] Qanun həmçinin interseks uşaqlarda onların razılığı və ya tibbi zərurət olmadan cərrahi əməliyyatlar aparmaq hüququ verir.

Rusiyada transgender keçidini qadağan edən qanun
Növ Qanunvericilik
Ölkə
Elektron versiya


Human Rights Watch hüquq müdafiə təşkilatı qəbul edilən qanunu Rusiya hakimiyyəti tərəfindən LGBT hüquqlarına edilən hücumun davamı kimi səciyyələndirir. Belə ki, bundan öncə 2022-ci ilin dekabrında Dövlət Duması “LGBT təbliğatını” qadağan edən qanun qəbul etmişdi.

Tənqidlərə cavab olaraq qanun layihəsi son variantda daha da sərtləşdirildi.[6]

  • pasportda cinsiyyət işarəsinin dəyişdirilməsini qadağan edir;
  • anadangəlmə anomaliyaların, genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı olanlar istisna olmaqla, insanda digər cinsə keçid ilə bağlı tibbi müdaxilələri qadağan edir ( cərrahi əməliyyatlar, hormonal terapiya və s.)
  • transgender nikahları ləğv edir;
  • transgenderlərin uşaqları övladlığa götürmək və ya qəyyumluq etmək hüququnu rədd edir.

Qanun həmçinin interseks uşaqlarda onların razılığı olmadan əməliyyatlar etmək hüququ verir, baxmayaraq ki, bu, bir qayda olaraq, tibbi baxımdan zəruri deyil və bu cür müdaxilələr uşaqların fiziki və psixi sağlamlığı üçün risklər daşıyır.

Ukrayna ilə müharibə kontekstində[redaktə | mənbəni redaktə et]

Qanun Rusiyanın Ukraynaya davam edən işğalı fonunda qəbul edilib.[7] Jurnalistlər qeyd ediblər ki, hələ 2022-ci ildə rusiyalı deputatlar və rəsmilər Rusiyanın təkcə Ukrayna ilə müharibə aparmadığını, həm də “ Qərblə mənəvi mübarizəni” davam etdirdiyini bəyan ediblər.[8][9]

Rusiya hakimiyyətinin fikrincə, “ LGBT təbliğatına qadağa ” və “cinslərin dəyişdirilməsi təbliğatına” qarşı mübarizə kimi tədbirlər onlara “ yeni dünya nizamı ” ilə mübarizə aparmağa kömək edir. Eyni zamanda, rusiyalı deputatlar homoseksuallıq, transseksuallıq mövzularını pedofiliya mövzusu ilə daim bir sıraya qoyurlar.[10] Dövlət Dumasının sədri Vyaçeslav Volodin demişdir: “Rusiya yeganə ölkədir ki, bu gün ştatlarda və Avropada baş verənlərə qarşı çıxır və ailəni və ənənəvi dəyərləri qorumaq üçün hər şeyi edir”.[11]

Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy transgender keçidini qadağan edən qanun layihəsini müzakirə edərkən deyib: “Bu, Dövlət Dumasının növbəti qadağanedici təşəbbüsü deyil, bu, milli maraqların qorunmasında növbəti addımdır. Çünki Rusiya “ xüsusi hərbi əməliyyat ” başlayandan bəri dəyişib.

Tənqidlər[redaktə | mənbəni redaktə et]

Qanun layihəsinə baxılarkən transseksuallarla işləyən həkimlər və hüquqşünaslar bunu səhv addım kimi dəyərləndiriblər. Onlar qeyd ediblər ki, bu qadağa “ transeksualizmin tibbi diaqnozu olan insanlar üçün ayrı-seçkiliyə və tibbi xidmətdən məhrum etməyə yönəlib”.

“LGBT hərəkatının hüquqşünası Kseniya Mixaylovanın fikrincə, bu qanun “dövlətin vətəndaşların şəxsi həyatına daha çox müdaxilə etməsini və mövcud rejimi gücləndirməsini təmin etmək üçün lazımdır”. O qeyd edib ki, “dövlət şəxsi həyata nə qədər çox müdaxilə edirsə, o, öz vətəndaşlarına bir o qədər güclü və daha yaxşı nəzarət edir” .

Rusiyanın LGBT Şəbəkəsi təşkilatının yaradıcılarından biri İqor Koçetkov deyib: “Biz konkret siyasi məqsədlərə çatmaq üçün istifadə edilən siyasi homofobiya və transfobiya ilə üz-üzəyik. Rusiya hakimiyyəti legitimliyinin ideoloji əsaslandırılmasına ehtiyac duyur”. Yəni Rusiya hakimiyyəti özlərinə haqq qazandırmaq üçün “ ənənəvi dəyərlər ” uğrunda mübarizə və Qərb ölkələrindən düşmən obrazı yaratmaq ideyasından istifadə etməyə başlayıb.

Hüquq müdafiəçiləri qorxurlar ki, qanun cərrahi müdaxilələr üçün yeraltı bazarın yaranmasına və həkimlərin resepti və nəzarəti olmadan hormonal dərmanların istifadəsinə səbəb ola bilər.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Анна Киселева, Софья Белова. "Зачем Госдума приняла закон о запрете смены пола". Ведомости. 14 июля 2023. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-21.
  2. "Система анализа результатов голосований на заседаниях Государственной Думы". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  3. "Совфед поддержал закон о запрете смены пола". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  4. "Путин утвердил запрет на "смену пола": теперь трансгендерным людям запрещено менять пол хирургическим путем и усыновлять детей". 2023-07-24. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  5. "Федеральный закон от 24 июля 2023 года № 386-ФЗ". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  6. "Россия: Закон о запрете трансгендерного перехода нарушает права человека". Human Rights Watch (rus). 2023-07-18. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-21.
  7. "Госдума приняла закон о запрете «смены пола»". 2023-06-14. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
  8. "Госдума РФ проголосовала за тотальный запрет на трансгендерный переход". 2023-06-16. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
  9. "Госдума одобрила новые гомофобные законы — о полном запрете т.н. «ЛГБТ-пропаганды»". 2022-11-25. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
  10. "Геев смешали с педофилами". Газета.Ru (rus). 2012-02-29. 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-14.
  11. "Госдума окончательно приняла закон "о запрете смены пола"". Euronews. 2023-06-14. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.