Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Rusiyanın Ukraynaya qarşı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb.
Rusiya-Ukrayna müharibəsi | |||
---|---|---|---|
Rusiya–Ukrayna müharibəsi | |||
| |||
Tarix | 24 fevral 2022 - indiyədək (2 il, 9 ay, 1 həftə və 2 gün) | ||
Yeri | Ukrayna | ||
Səbəbi | Rusiyanın Krımı işğal etmək istəyi, Ukraynanın NATO-ya üzv olmaq istəyi | ||
Vəziyyəti |
Davam edir Rusiya Quru Qoşunları Ukrayna ərazisinə Rusiya Federasiyası, Krım yarımadası və Belarusiya ərazisindən daxil olur.[1] Ukraynanın Kiyev, Xarkov və Odessa kimi iri şəhərləri və bütün ölkə boyu hərbi obyektlər Rusiya Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilir. Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət elan edib.[2] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ukraynaya görə: 352 mülki vətəndaş ölüb, 1684 yaralı[21] |
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi.[28][29] Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib.
1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Ukrayna 1991-ci ildən bəri müstəqilli tanınsa da, keçmiş SSRİ dövləti olduğuna görə Rusiya tərəfindən müdaxilə edilən dövlət kimi qəbul edilir. 2008-ci ildə Rusiya prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmaq istəyinə qarşı çıxdı.[30][31]
Həftələrlə davam edən Avromeydan etiraz aksiyasının (2013–2014) ardınca keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç və Ukrayna parlament müxalifətlərinin liderləri 21 fevral 2014-cü ildə uyğunlaşma müqaviləsi imzaladılar. Növbəti gün Yanukoviç Kiyevdən qaçdı.[32][33] Xaosun davamı Donbass müharibəsi oldu.[34] Müharibənin səbəbi 2014-cü ilin martında Rusiyanın Krımı ilhaq etməsi və 2014-cü ilin aprelində Donetsk və Luqansk Xalq Respublikalarının yarı dövlət olmaları idi.[35]
14 sentyabr 2020-ci ildə Ukrayna prezidenti Zelenski Ukraynanın NATO-ya üzv olması barədə yeni strategiya imzaladı.[36][37] 2021-ci il martın 24-də Zelenski "Krım Muxtar Respublikası və Sevastopol şəhərinin müvəqqəti işğal olunmuş ərazilərinin işğaldan azad edilməsi və reinteqrasiya strategiyası"nı təsdiq edən 117/2021 saylı fərman imzaladı.[38]
Putin 2021-ci ilin iyulunda "Rusiya və Ukraynanın tarixi birliyi" adlı məqalə nəşr etdi. Həmin məqalədə rusların və ukraynalıların "vahid xalq" olduğunu yenidən bildirdi.[39] ABŞ tarixçisi Timoti Sinder Putinin fikirlərini imperializm olaraq adlandırdı.[40] İngilis jurnalist Eduard Lukas isə bunu tarixi revisionizm olaraq adlandırdı.[41]
İşğala hazırlıq ilk olaraq 2021-ci ilin mart-aprel ayları və ardınca 2021 oktyabr — 2022 fevral ayına qədər irimiqyaslı əsgər hazırlığı ilə başladı. Rusiya ABŞ və NATO-ya Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxdığı haqda qanuni iki müqavilə hazırladı.
Rusiya prezidenti Vladimir Putin 9 dekabr 2021-ci ildə Rusiyadan kənarda yaşayan və rus dilində danışan insanlara qarşı edilən ayrı-seçkilik barədə bunları dedi: "Bildirməliyəm ki, ruslara qarşı edilən ayrı-seçkilik soyqırıma doğru ilk addımdır. Hamımız Donbassda baş verənləri bilirik. Bu, şübhəsiz ki, soyqırıma çox bənzəyir".[42][43] Rusiya həmçinin Ukrayna dili qanununu da qınadı.[44][45] Putin 15 fevral 2022-ci ildə mediaya "Donbassda baş verlənlər soyqırımdır." açıqlaması etdi.[46] Xəbər saytları Putinin ana dili rus dili olanlara qarşı edilən soyqırımları ittiham etməsinə baxmayaraq, Ukrayna prezidenti Volodimir Zelenskinin də ana dilinin rus dili olduğunu bildirdi.[47]
BMT, ATƏT və Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlar Rusiyanın bu iddialarını təsdiq edən sübutlar tapa bilmədi.[48][49] Soyqırım iddiaları Avropa Komissiyası tərəfindən Rusiya dezinformasiyası olaraq adlandırıldı və rədd edildi.[50]
ABŞ-nin Ukraynadakı səfirliyi Rusiyanın soyqırım ittihamlarını "yalan" olaraq adlandırdı.[51] ABŞ Xarici İşlər Nazirliyinin təmsilçisi Ned Pris isə Moskva tərəfindən edilən bu növ ittihamların Ukraynanı işğal etmək üçün bəhanə olduğunu dedi. 18 fevralda Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Rusiyanın soyqırım həqiqəti haqqında şübhələnən ABŞ rəsmilərinə Səfirliyin rəsmi Facebook səhifəsində belə cavab verdi: "Amerikalılar sadəcə məhəl qoymamaqla kifayətlənmirlər. Rusların Ukraynada məcburi assimlyasiya cəhdlərini təsdiq edirlər."[52]
Donbasda baş verən münaqişə 17 fevral 2022-ci ildə böyük miqyasda artdı. 2022-ci ilin ilk həftəsində gündəlik hücum sayı iki-beş arası ikən,[53] Ukrayna ordusu 17 fevralda bu rəqəmin 60-a qalxdığını açıqladı.[53] (#empty_citation) Rusiya qüvvələri Luqanskda yerləşən məktəbə top atdı və üç mülki vətəndaş yaralandı. LXR qüvvələri isə Ukrayna tərəfindən silahlı atəşlərə və bombardmana məruz qaldığını dedi.[54][55]
Növbəti gün DXR və LXR mülki vətəndaşların paytaxtdan məcburi təxliyə edilməsini əmr etdi.[56][57]
2022-ci il fevralın 21-də Donetsk və Luqansk "xalq respublikalarını" tanıdıqdan sonra Rusiya prezidenti Vladimir Putin Rusiyanın "sülhməramlı missiya" adı altında Rusiya qoşunlarının Donbassa daxil olmasını əmr etdi.[58] Rusiya Ukrayna ilə sərhəddə hava məkanını bağlandı. Bu ərəfədə Donbassda qoşunların təmas xəttində vəziyyət kəskin pisləşməyə başladı. Rusiya Ukrayna diversantlarının ölkə ərazisinə daxil olmasını və onların məhv edilməsi kadrlarını yaydı. Donbassın separatçıların nəzarətində olan əhalinin Rusiyaya təxliyəsi xəbərləri yayılmağa başladı. Rus kanalları bunu geniş şəkildə işıqlandırdı. Bellingcat araşdırma saytı Donbassda terror aktları, partlayışlar və təxliyələrin çoxunun Rusiya tərəfindən təşkil edildiyinə dair mümkün sübutlar dərc etdi.[59][60][61]
Fevralın 21-də Luqansk Xalq Respublikasında yerləşən Luqansk İES naməlum qüvvələrin atəşinə məruz qalıb, nəticədə o, işləri dayandırmaq məcburiyyətində qalıb. 2022-ci il fevralın 22-də ABŞ prezidenti Co Bayden "Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcı" olduğunu bəyan etdi. Həmin gün Rusiya Federasiya Şurası yekdilliklə Putinə Rusiyadan kənarda hərbi güc tətbiq etməyə icazə verir. Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenski hələ ümumi səfərbərlik həyata keçirməsə də, Ukraynada ehtiyatda olan hərbçilərin orduya çağırılması barədə göstəriş verir. 23 fevral 2022-ci ildə Ukraynada bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Həmin gün Rusiya Kiyevdəki səfirliyini boşaltmağa başlayıb və həmçinin binanın damından Rusiya bayrağı endirilib. Fevralın 23-də Ukrayna parlamentinin və hökumətinin saytları, eləcə də bank saytları DDoS hücumlarına məruz qalıb.
24 fevral səhər saat 5 radələrində (Bakı vaxtı ilə), Rusiya Prezidenti Vladimir Putin çıxışında Ukraynaya hücum etməyə başladığını açıqladı. Putin çıxışında Ukrayna ərazilərini işğal etmək niyyətinin olmadığını dedi.[62] Rusiya Müdafiə Nazirliyi Ukraynanın hava limanlara hücum etdikdən sonra Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi ərazini müharibə zonası olaraq adlandırıb buradakı hava nəqliyyatına məhdudiyyətlər qoydu.[63]
Putinin çıxışından 15 dəqiqə sonra, jurnalistlər Kiyev, Xarkov, Odessa və Krematorskda baş verən partlatışlar haqda məlumat yaymağa başladı.[62][64] Ukrayna Rusiyanın Mariupol şəhərinə əsgərlər göndərdiyini və Kiyev, Xarkov və Dniprodakı hava limanlarına və hərbi bazalarına qanadlı raket və ballistik raketlər atdığını açıqladı.[65] Hərbi maşınlar Ukrayna vaxtı ilə səhər saat 5-də Krım sərhədindən Ukraynaya girdi.
Ukrayna Baş Naziri Anton Heraxenko 6:30-da (UTC+2) Rusiya qüvvələrinin Xarkov şəhərinin yaxınlığındakı magistral yolu işğal etdiyini və Mariupol şəhərində irimiqyaslı amfibiya müharibə etdiyini dedi. Ukrayna Sərhəd Qüvvələri Krımla birgə Sumı, Xarkov, Çerniqov və Jitomirdəki yaşayış ərazilərinə hücum edildiyini açıqladı.
Ukrayna Müdafiə Nazirliyinin vebsaytı bir neçə saat xidmət göstərmədi. Nazirliyin bildirdiyinə görə Luxanskda beş təyyarə və bir
helikopter məhv edilmişdir. Səhər saat 7-də (UTC+2) prezident Zelenski ölkədə hərbi vəziyyət elan etdi.
Podilskdə rus qüvvələri tərəfindən altı nəfər öldü, yeddi nəfər yaralandı. On doqquz nəfərin itkin düşdüyü deyildi.[66] Mariupol şəhərində bir nəfər öldürüldü. Çuquev şəhərində bir ev Rusiya topçusu tərəfindən zədələnərək yaşayanlar yaralandı və bir uşaq öldü.[67] Lipetsk kəndində Rusiyanın törətdiyi partlayış nəticəsində 18 nəfər öldü.[68]
Səhər saat 10-da (UTC+2) Ukrayna hökumətinin brifinqində Rusiya qoşunlarının Ukraynanı şimaldan işğal etdiyi açıqlandı. 10:30-da (UTC+2) Ukrayna Müdafiə Nazirliyinin rəsmi vebsaytında Çerniqov vilayətində Rusiya qoşunlarının qarşısının alındığı, Xarkiv yaxınlığında müharibənin davam etdiyi və Mariupol və Şastyanın geri qaytarıldığı və ən az altı təyyarə, iki helikopter və düşmənin bir sıra zirehli maşınlarının məhv ediliyi bildirildi.[69] Rusiya təyyarə və yaxud zirehli maşın itirmədiyini açıqladı.[70]
Belarus Ukraynanı şimaldan işğal etmək üçün rus qoşunlarının ərazisinə daxil olmasına icazə verdi. Səhər saat 11:30-da (UTC+2) Rusiyaya məxsus raketlər Kiyev, Odessa, Xarkov və Lvivə atıldı. Donetskda quru müharibəsinin davam etdiyi açıqlandı.
Yerli əhali atılan raketlərdən qorunmaq üçün Kiyev metropoliteni və Xarkov metropoliteninin bəzi stansiyalarına sığındı.[68] Uqledarda (Donetsk vilayəti) xəstəxananın bombalanması nəticəsində mülki vətəndaşlardan dördü öldü, onu isə (altısı həkim idi) yaralandı.[68] Saat 16:00-da (UTC+2) Ukrayna prezidenti Volodimir Zelenski müharibənin əhatə dairəsinin Çernobıl və Pripyata yayıldığını açıqladı.[71] Həmçinin Krımdan irəliləyən Rusiya qoşunlarının Şimali Krım kanalında idarəni ələ keçidiyi açıqlandı.[72]
Kiyev meri Vitali Kliçko saat 16:18-də (UTC+2) 22:00–07:00 arasında komendat rejimi elan etdi.[73]
Ukrayna vaxtı ilə saat 17:55-də (Bakı vaxtı ilə 19:55-də) Moskvada keçirilən sülh tərəfdarlığı nümayişinə polis müdaxilə edərək çox sayda insanı saxladı.[74]
18:35-də (Bakı vaxtı ilə 20:35) Ukrayna Heniçeski itirdiyini açıqladı. 19:20-də (Bakı vaxtı ilə 21:20) isə Çernobıl Atom Elektrik Stansiyası Rusiya qoşunları tərəfindən işğal edildi.[74]
25 fevral gecə saatlarında Ukrayna Prezidentinin rəsmi saytında Ali Baş Komandan, bu vəzifəni Volodimir Zelenski özü tutur, idarə kabinetinin yaranması haqda fərman yayıldı. Prezident digər paylaşımda ölkədə 90 sutkalıq tam səfərbərliyin elan olunduğunu bildirdi.[75] İlk öncə operativ ehtiyatda olan hərbçiləri qulluğa çağırılması nəzərdə tutulur. Bunlar yaşı 40-dan çox olmayan, hərbi təcrübəsi olan və ya keçmiş səfərbərlik vaxtı (2014-cü ildən bəri) orduya cəlb olunmuş hərbçilərdir. Eyni anda yaşı 18–60 arası Ukrayna vətəndaşı olan bütün kişilərə ölkədən çıxış qadağan edildi. Ukrayna vaxtı ilə gecə saat 4 radələrində (UTC+2) Kiyevdə iki dəfə partlayış oldu. Ukrayna Daxili İşlər Nazirliyindən Anton Qeraşenko bu partlamanın qanadlı və ballistik raketlər olduğunu açıqladı.
[76] Ukrayna Kiyevdə düşmənin təyyarəsini məhv etdiyi xəbərini yaydı.[77] Daha sonra sosial mediada paylaşılan şəkillər vasitəsilə bu xəbərin düzgün olduğu təsdiqləndi.[76]
25 fevral səhər saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski televiziyada etdiyi çıxışında Rusiyanı mülki vətəndaşları və hərbi bazaları hədəfə almaqda ittiham etdi.[78] Ukraynalı jurnalist Vadim Denisenko son 24 saat ərzində mülki vətəndaşlar olan 33 yerin vurulduğunu dedi.[79] Ukrayna Müdafiə Nazirliyi tərəfindən Rusiya qoşunlarının Kiyevin Obolonski ərazisinə girdiyi və Ukrayna Parlament binasından təxminən 9 km uzaqlıqda olduğu açıqlandı.[12] Həmçinin Ukrayna Müdafiə Nazirliyi yaş fərqi olmadan bütün Ukraynalı yerli əhalinin hərbi qulluq üçün könüllü olmağa dəvət etdi.[65]
Prezident Zelenski Ukraynanın "tərəfsiz statusu barəsində danışmaqdan qorxmadığını" bildirdi.[80] Həmin gün Rusiya Prezidenti Putin Çin Prezidenti Si Tsinpinə müraciətində "Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlar aparmağa hazırdır." dedi.[81]
Rusiya qoşunları Kiyevə yaxınlaşarkən Ukrayna prezidenti Zelenski vətəndaşlarından düşməni zərərsizləşdirmək üçün "Molotov kokteyli" hazırlamağı xahiş etdi. Putin isə Ukrayna ordusunu hökuməti devirməyə çağırdı.[82][83]
Gecə yarısı Kiyevin cənubunda Vasilkov şəhəri və oradakı hava bazası yaxınlığında şiddətli döyüşlərin getdiyi bildirildi.[84] Şəhərin meri Natalya Balasinoviç bildirib ki, şəhər Ukrayna qüvvələri tərəfindən uğurla müdafiə olunub və döyüşlər başa çatıb.[85]
Gecə saat 3 radələrində Kiyev ətrafında 30 dəqiqə ərzində 48-dən çox partlayış baş verib. BBC bu hücumu şəhərin elektrik enerjisini kəsmək cəhdi ola biləcəyini bildirdi. Kiyev zooparkı və şəhərin digər ərazilərində döyüşlər davam edir. ABŞ rəsmiləri bildiriblər ki, Rusiyaya məxsus II-76 nəqliyyat təyyarəsi Kiyevdən təxminən 80 kilometr cənubda Ukrayna qüvvələri tərəfindən məhv edilib.[86]
Associates Press-in məlumatına görə Kiyevdə gecə ərzində baş verən döyüşlər zamanı yaşayış binaları, körpülər, məktəblər və bir sıra yerlər məhv edilərək yüzlərlə insan həlak olmuşdur.[87] Rusiya Müdafiə Nazirliyi tərəfindən bildirildi ki, Azov dənizi yaxınlığındakı Melitopol şəhəri ələ keçirilib.[88] Amma britaniyalı nazir Ceyms Happi bu iddianın şübhəli olduğunu açıqladı.[89]
Reuters xəbər verir ki, Ukraynanın bəzi bölgələrində, xüsusilə də cənub və şərq ərazilərində internet əlaqəsi kəsilib.[90]
Yaponiyaya məxsus yük gəmisi Qara dənizdə Rusiya tərəfindən atılan raket nəticəsində məhv oldu. Moldovaya aid gəmi də Rusiya döyüş gəmisi tərəfindən bombardman edildi.[91]
Çeçenistan prezidenti Ramzan Kadırov Kadırovtsı ordusunu Ukraynaya qarşı çıxaracağını təsdiqlədi.
ABŞ və İngiltərə rəsmiləri Rusiya qüvvələrinin yanacaq qıtlığı ilə qarşılaşdığını və bu səbəblə də, tankların və zirehli maşınların irəriləməsinin yavaşladığını açıqladı. Yol kənarında dayanan rus tanklarının və zirehli maşınlarının internetə yayılan videoları da bunu bir daha təsdiqlədi.
Gecə saat 01:00-da (Ukrayna vaxtı ilə) Rusiya qüvvələri tərəfindən Xarkov bombardman edildi. Xarkovun yaxınlığında yerləşən qaz kəmər Rusiya tərəfindən partladıldı.[92] Vasilkov yaxınlığında yerləşən Kriaçki kəndindəki neft anbarı raketlə vuruldu.[93] Kiyev Beynəlxalq Hava Limanı da bombardman edilib.[94]
Ukraynanın keçmiş Avstraliyadakı səfiri Aleksandr Çerbanın paylaşdığı videoda Rusiyanın 500 tankla şəhərin müxtəlif istiqamətlərinə gəldiyini iddia etdi.[95] Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Karkovdakı yaşayış binasının ruslar tərəfindən vurulmasından sonra binadan 80 nəfəri xilas ediblər. Buna baxmayaraq partlayış nəticəsində binaya böyük ziyan vurulub və bir qadın ölüb.[96]
Rusiya Müdafiə Nazirliyi tərəfindən rus qoşunlarının Xerson Beynəlxalq Hava Limanını tutmaqla yanaşı, Xerson və Berdyanskı tam mühasirəyə aldığı elan olundu.[97][98] Putin NATO-nun verdiyi qarşılığa cavab olaraq Rusiya nüvə silahı qüvvələrinə "xüsusi müharibə rejmi" əmri verdi.[99]
Ukrayna Baş Qərargah rəisi Sergey Şaptala şəxsi Twitter səhifəsində Rusiyaya aid hərbi düşərgənin Bayraktar TB2 tərəfindən vurulduğunu göstərən video paylaşdı.[100] Həmçinin Sergey Şaptala "1+1" telekanalına verdiyi müsahibədə Türkiyədən daha çox Bayraktar alacağını dedi.[101]
Ukrayna Rusiya ilə görüşmək üçün Qomelə heyət göndərəcəyini dedi. Zelenski isə bunu təsdiq etdi.[102] Kreml sözçüsü Smitri Peskov Belarusda planlanmış görüş haqda "Rusiya heyəti görüş üçün hazırdır. Ukraynanı gözləyirik." dedi.[103] Ukrayna prezidenti Zelenski isə ölkəsinə qarşı edilən hücumlar səbəbi ilə bu görüşü Belarusda etməkdən imtina edərək, görüşün Varşava, Brastislava, İstanbul, Budapeşt və yaxud Bakıda baş tutmasını təklif etdi.[103]
ABŞ rəsmilərinin bildirdiyinə görə Belarus Ukrayna ilə imzaladığı əvvəlki müqavilələrə baxmayaraq, Rusiyanın işğalına dəstək verməyə hazırlaşır.[104] The Kyiv Independent qəzeti yazır ki, Belarus paraşütçüləri çox güman Kiyev və yaxud Jitomir şəhərlərinə enəcək.[105]
Gecə boyu Mariupol şəhəri ətrafında döyüşlər davam edirdi.[106] 28 fevral səhər saatlarında Böyük Britaniya Müdafiə Nazirliyi bildirdi ki, Rusiya quru qoşunlarının əksər hissəsi Qostomel Hava Limanında Ukraynanın müqaviməti ilə qarşılaşaraq Kiyevdən 30 km şimalda qalıb.[107] Nazirlik həmçinin Çerniqov və Xarkov yaxınlığında döyüşlərin getdiyini bildirib. Hər iki şəhər Ukraynanın nəzarətindədir.[107]
Rusiya Müdafiə Nazirliyi tərəfindən Zaporjiya AES və Berdians və Enerhodar şəhərlərinin ələ keçirildiyi açıqlandı. Ukrayna bunu qəbul etməyib, qeyd olunan ərazilərin öz nəzarəti altında olduğunu dedi.[108] Enerhodar şəhərinin meri Dmirti Orlov da şəhərin ələ keçirildiyi xəbərini inkar etdi.[109]
Rus rublunun və Rusiyaya aid səhmlərin qiymətinin düşməsinə görə, MOEX birjası dövriyyəni dayandırdı.[110]
Sumı vilayətinin qubernatorunun dediyinə istinadən, Rus Silahlı Qüvvələrinin Ukraynanın Axtırka şəhəri yaxınlığında yerləşən hərbi hissənin bombalamağı nəticəsində 70-dən çox hərbçinin həlak olduğu bildirilir. Ondan sonra isə Rusiyanın sivil ərazilərin davam edtdiyi bombardmanın nəticəsi olaraq Xarkov şəhərinin İcra Hakimiyyəti binasına düşən mərmi 9 nəfər, 3-ü uşaq olmaqla, mülki şəxsin dünyasını dəyişdiyi və daha 37 nəfərin xəsarət aldığı bilinir.
Ölkənin cənubunda yerləşən Xerson şəhəri davamlı olaraq rus ordusunun hücumuna məruz qalır.
Ukrayna Ali Radasının (Parlament) bildirdiyinə görə Belarus Rusiyanın hərbi əməliyyatına qoşulduğu bildirilir. Deyilənə görə, Belarusun ordusu 33 hərbi nəqliyyat vasitəsilə Ukrayna ərazisinə, Çerniqov vilayətinə, daxil olub. Eyni anda Aleksandr Lukaşenko çıxışından deyib ki ölkəsi müharibədə iştirak etmir, və öz ərazisindən rus ordusuna keçid təmin etməyib.
Rusiya Müdafiə Nazirliyinin bəyanatından sonra, "İnformasiya hücumunun" qarşısını almaq üçün, Kiyevdə əsas yayım məntəqələri vurulmağa başladı. İlk növbədə tele-qüllə, radio antenlər və sair.
Gecə saat 02:12 radələrində BBC-in verdiyi məlumata görə, Rusiya qüvvələri cənubdakı Xerson şəhərini ələ keçirdi.[111] Amma BBC saat 08:16-da şəhərin qubernatorunun dediyinə əsasən şəhərin Ukraynanın nəzarətinidə olduğu xəbərini yayımladı.[112] Ukrayna ordusu hərbi xəstəxananın bombardman edildiyini bildirdi.[113]
Associated Press 2 marta qədər 5 mindən çox rus əsgərinin öldürüldüyünü və yaxud əsir götürüldüyünü təxmin etdiyini paylaşdı.[114]
Aşağıdakı cədvəldə qeyd edilən yardımlar müvafiq ölkələr tərəfindən Ukraynaya edilmişdir.
Ölkə | Yardım |
---|---|
Avstraliya |
|
Azərbaycan |
|
Avstriya |
|
Belçika |
|
Türkiyə |
|
Kanada |
|
Çexiya | |
Danimarka |
|
Almaniya |
|
İrlandiya |
|
İtaliya |
|
Niderland |
|
Norveç |
|
Polşa |
|
Portuqaliya |
|
Cənubi Koreya |
|
İsveç |
|
Böyük Britaniya |
|
ABŞ | Keçmiş prezident — Barak Obama: (Ukrayna üçün)
Keçmiş prezident – Donald Tramp: (Ukrayna üçün)
Prezident — Co Bayden: (Ukrayna üçün)
|
Konfederasiyalar | Yardım |
---|---|
Avropa İttifaqı |
|
Beynəlxalq təşkilatlar | Yardım |
---|---|
NATO |
|
Başlıq | İtki | Vaxt aralığı | Mənbə |
---|---|---|---|
Ümumi | 644 ölüm | 24–25 fevral 2022-ci il | Böyük Britaniya Müdafiə Nazirliyi |
Mülki vətəndaşlar | 352 ölüm | 24–27 fevral 2022-ci il | Ukrayna hökuməti |
Mülki vətəndaşlar | 57 ölüm | 24–25 fevral 2022-ci il | Böyük Britaniya Müdafiə Nazirliyi |
Hərbi qulluqçular və könüllülər | 40+ ölüm | 24 fevral 2022-ci il | Ukrayna hökuməti |
Hərbi qulluqçular və könüllülər | 137 ölüm | 24–25 fevral 2022-ci il | Böyük Britaniya Müdafiə Nazirliyi |
İşarələnmə | Qoşun növü | ||
---|---|---|---|
Z | İşarəsi | Rusiya ordusunun şərq qüvvələri | |
Z | İşarəsi | Kvadrat içərisində | Krım qüvvələri |
Z | İşarəsi | Üçbucaq içərisində | |
Z | İşarəsi | Dairə içərisində | |
V | İşarəsi | Dəniz piyadaları | |
A | İşarəsi | Xüsusi təyinatlı qüvvələr | |
O | İşarəsi | Belarusdan gələn qüvvələr | |
X | İşarəsi | Çeçenistandan gələn qüvvələr |
24 fevralda Avstraliya Prezidenti Skott Morrison Rusiya beynəlxalq təhlükəsizlik şurasının səkkiz üzvünə qarşı səyahət qadağalarını açıqladı.[120] BMT baş katibi Antoniu Quterreş Rusiyaya Ukraynadakı hücumlarına son verməyə dəvət etdi. Fransa və ABŞ səfirləsi isə 25 fevral 2022-ci ildə bu mövzu haqda BMT Təhlükəsizlik Şurasına qərar təqdim edəcəklərini açıqladılar.[121] Birləşmiş Krallıq Rusiyanın bu hücumunu tənqid edərək İngiltərə və müttəfiqlərinin buna cavab verəcəklərinə söz verdi.[122] ABŞ Prezidenti Co Bayden bu hücumu "səbəbsiz və haqsız" olaraq adlandırdı. Fransa hökuməti Rusiyanın hücumunu tənqid edən məlumatlar paylaşdı. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın bu hücumunu beynəlxalq hüquqları pozduğunu dedi.[123] İspaniya, Yaponiya, Gürcüstan, İtaliya, Nepal və Norveç də müharibəni tənqid etdi.[124]
Moskva birjası 24 fevralda səhər saat 8:05-də birjalardakı bütün əməliyyatları müvəqqəti dayandırdı.[125][126] Saat 10-da isə dayandırma ləğv edildi.[127][128] Sankt-Peterburq birjası da xəbərdarlıq ediləndə qədər ticarəti müvəqqəti dayandırdı.[129] İşğalın nəticəsində Brent neft qiymətinin 2014-cü ildən sonra ilk dəfə bir bareli 100 dolları keçdi.[130] Asiyadakı birjaların dəyəri endi.[131][132] Həmçinin Okyeaniyada da birjaların dəyəri endi.[133]
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Aşağıdakı cədvəldə qeyd edilən ölkələrdə baş verən aksiyalar Ukraynaya dəstək, Rusiyaya etiraz xarakterlidir.
Ölkə | İst. | Ölkə | İst. | Ölkə | İst. | Ölkə | İst. | Ölkə | İst. | Ölkə | İst. | Ölkə | İst. | Ölkə | İst. |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Avstraliya | [134] | Bolqarıstan | [135] | Estoniya | [136] | İran | [137] | İtaliya | [138] | Niderland | [139] | Sloveniya | [140] | Türkiyə | [141] |
Azərbaycan | [142] | Braziliya | [143] | Fransa | [144] | Macarıstan | [145] | Yaponiya | [146] | Norveç | [147] | İspaniya | [148] | Böyük Britaniya | [149] |
Belçika | [150] | Kanada | [151] | Gürcüstan | [152] | İslandiya | [153] | Qazaxıstan | [154] | Portuqaliya | [155] | İsveç | [156] | ABŞ | [157] |
Ermənistan | [158] | Xorvatiya | [159] | Almaniya | [160] | İrlandiya | [161] | Malayziya | [162] | Rumıniya | [163] | İsveçrə | [164] | Çexiya | [165] |
Belarus | [166] | Danimarka | [167] | Yunanıstan | [168] | İsrail | [169] | Moldova | [170] | Slovakiya | [171] | Tayvan | [172] |
Bunlardan əlavə bir sıra ölkələrdə Rusiya məhsulları baykot edildi. Latviya, Litva və Estoniyada supermarketlərdəki Rusiya və Belarus məhsullarının satışı dayandırıldı.
Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə, müharibə nəticəsində 4 dinc Azərbaycan vətəndaşı həlak olub: Odessa şəhərindən Moldova istiqamətinə gedən 8 avtomobillik karvana naməlum adamların açdığı atəş nəticəsində eyni ailədən 3 nəfər həyatını itirib, 4-ü isə yaralanıb. Digər azərbaycanlı Xarkov şəhərində naməlum istiqamətdən gələn güllə nəticəsində dünyasını dəyişib.[173]
Azərbaycanlılar Rusiya–Ukrayna müharibəsində birbaşa və dolayısı ilə iştirak edirlər. 2023-cü ilin qeyri-rəsmi məlumatına görə, Ukraynada azı 130 azərbaycanlı öldürülüb, 70 nəfər itkin düşüb və 100-ə yaxın azərbaycanlı yaralanıb[174]
Rusiya–Ukrayna müharibəsi |
---|
Əsas məqalələr |
Əlaqəli məqalələr |