Rusiyanın Səfəvi sarayına göndərdiyi elçilik (1617)

Rusiyanın Səfəvi sarayına göndərdiyi elçilikŞah Abbasın hakimiyyəti dövründə Rus çarlığının Səfəvi sarayına göndərmiş olduğu elçilik nəzərdə tutulur.

Elçilik[redaktə | mənbəni redaktə et]

1617-ci ildə Abbas Rusiyanın ilk Romanov sülaləsindən olan Mixailin göndərdiyi elçilər tərəfindən ziyarət edildi. Şah elçiləri qarşılaşamaq üçün taxtına çıxdıqdan sonra diplomatik fikir alış-verişi başladı. Rusların göndərdiyi heyət kiçik miqyaslı və əsasən kommersiya xarakteri daşıyırdı, bu dönəmdə Səfəvi tacirləri şahın şəxsi hesabına ipək satır və bunun müqabilində xəzlər, ov şahinləri və silahlar alırdılar. Həmçinin hər iki tərəfdə də Osmanlı imperiyasına qarşı ittifaq formalaşdırmaq düşüncəsi mövcud idi. Digər tərəfdən Abbasda rusların öz təsir dairələrini Qafqaza doğru genişləndirmələrinə görə narahatlıq mövcud idi. Bundan başqa, Səfəvi imperiyasının Rusiyaya olan marağı sonuncuda Mixailin taxta çıxmasına gətirib çıxaracaq qarışıqlıq dövrü başladıqdan sonra azalmışdı. İvan İvanoviç Çiçerinin başçılıq etdiyi bu sonuncu rus elçilik heyəti Abbasa hədiyyə olaraq ov şahinləri gətirmişdi və Abbas bu quşları Xan Aləmə hədiyyə etdi. Abbas rusların elçiliyi ilə o qədər dərindən maraqlanmadı, çünki bu zaman o, tezliklə hakimiyyətinin böyük zəfərlərindən birini gətirəcək Avropa ilə münasibətləri inkişaf etdirməkdə daha çox maraqlı idi.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Blow, 2009. səh. 110-111

Mənbə[redaktə | mənbəni redaktə et]

  • David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I.B. Tauris. 2009. 288. ISBN 1845119894.