Rusiyanın minilliyi

Rusiyanın minilliyi (rus. Тысячелетие России) — 1862-ci ildən Veliki Novqorodda yerləşdirilən, Rürikin yürüşünün minilliyi şərəfinə qoyulmuş abidədir.[1] Rusiya dövlətçiliyinin başlanğıcı bu abidə ilə əlaqələndirilir. Abidənin layihəsinin müəllifləri heykəltəraşlar Mixail Mikeşin(ru), İvan Şreder(ru) və memar Viktor Qartman(ru) olmuşdur.

Rusiyanın minilliyi
58°31′16″ şm. e. 31°16′30″ ş. u.
Ölkə
Yerləşir Veliki Novqorod
Tikilmə tarixi 1862
Hündürlüyü 15,7 m
Material tunc
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsvir[redaktə | mənbəni redaktə et]

Abidə zəng formalı postament üzərində nəhəng şar formasındadır. Abidənin ümumi görünüşü zəngi xatırladır. Kürə ətrafında altı heykəl qrupu vardır. Abidənin ümumi hündürlüyü 15,7 metrdir(postamentin hündürlüyü 6 m; fiqurların hündürlüyü 3,3 m; kürə üzərində xaçın hündürlüyü 3 m).[2] Qranit postamentin diametri 9 metrdir. Qorelyefin uzunluğu 26.6 metrdir. Abidənin metalının çəkisi 100 ton, tunc tökmənin çəkisi 65,5 tondur.[3]

Abidənin tarixi[redaktə | mənbəni redaktə et]

Yaranması[redaktə | mənbəni redaktə et]

Müsabiqə[redaktə | mənbəni redaktə et]

1857-ci ildə, Rurikin hakimiyyətə çağırışının 1000 illik yubileyi ərəfəsində, daxili işlər naziri Sergey Lanskinin xahişi və Nazirlər Komitəsinin sonrakı qərarı ilə abidə üçün dizayn müsabiqəsi elan edildi. Müzakirə prosesində qərara alınıb ki, bir nəfərə deyil, ölkə qarşısında layiq olan bir çox insana abidə qoyulsun. Dövlət bu abidənin tikintisi üçün əhalinin bütün təbəqələrindən geniş şəkildə pul yığımına başlandığını elan etdi. Abidənin dəyərinin 500 min rubl olacağı planlaşdırılırdı. Əhalidən 150 min rubl toplandı. Qalan pul məbləğ isə dövlət xəzinəsindən ayrıldı.[4].

1859-cu ilin aprelində mətbuat bu layihənin həyata keçirilməsi üçün heykəltəraşlar arasında müsabiqənin başlandığını elan etdi. Müsabiqəyə 52 layihə təqdim olundu. 1859-cu il noyabrın 25-də keçirilən iclasda gizli səsvermə yolu ilə üç layihəni müsabiqə şərtlərinə uyğun olaraq qərara alındı:

  • Memar Antipovun layihəsi: Novqorod meydanı üçün çox böyük hesab olunurdu
  • Akademik Qornostayevin(ru) layihəsi: Rusiya alleqorik şəkildə böyük bir heykəl şəklində təsvir edilmişdir. Komissiya qərara gəldi ki, bu alleqoriya geniş ictimaiyyət tərəfindən başa düşülməyəcək.
  • Rəssam Mikeşinin(ru) layihəsi: Mikeşinin layihəsi müsabiqənin şərtlərinə ən tam və ətraflı şəkildə uyğun gəlirdi.

Qornostaev və Antipov arasında ikinci yer mükafatı (1000 rubl) bölündü, birinci yer mükafatı isə Mikeşinə (4000 rubl) verildi.[5]

Layihənin yaradılması[redaktə | mənbəni redaktə et]

Qərara alındı ​​ki, bütün abidə tuncdan hazırlansın. Abidənin açılışı əvvəlcə 1862-ci il avqustun 26-na təyin edilmişdi. 1862-ci il iyulun 1-də abidənin ətrafındakı bütün tunc heykər hazır idi.

Açılış[redaktə | mənbəni redaktə et]

1862-ci il sentyabrın 8-də imperator II Aleksandrın iştirakı ilə abidənin təntənəli açılışı baş tutdu. Təntənəli hərbi parad təşkil edildi, şənliklər üç gün davam etdi.

İkinci dünya müharibəsi dövründə abidənin dağılması və bərpası[redaktə | mənbəni redaktə et]

1941-ci il avqustun 15-də almanlar Novqoroda daxil oldular. Leninqradı mühasirəyə alan alman ordusunun qərargahında xidmət edən alman generalı fon Hersoq Rusiyanın minilliyi abidəsinin sökülərək Almaniyaya aparılmasını əmr etdi. İşğalçılar sökülən abidəni aparmağı bacarmadılar. 1944-cü il yanvarın 20-də Novqorod Sovet qoşunları tərəfindən azad edildi.

Sonrakı bərpa işləri[redaktə | mənbəni redaktə et]

  • 1954-cü ildə ilkin bərpa işləri başa çatdırıldı.[6]
  • 1982-ci ilin aprel-iyun ayları — hərtərəfli yoxlama və təmizləmə.

Bərpa zamanı tapıntılar baş verdi: 1990-cı illərdə abidənin içərisindəki kiçik otaqda mütəxəssislər 19-cu əsrin ortalarında unudulmuş özünəməxsus stalaktitlər, stalaqmitlər və pilləkən qalıqları tapdılar.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. VELİKİ NOVQOROD: “RUSİYANIN MİNİLLİYİ ABİDƏSİ”
  2. "Памятник Тысячелетия России". 2009-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.
  3. "Внешний вид памятника". 2009-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.
  4. "Конкурс проектов памятника". 2009-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-11.
  5. "Антощенко А. В. Памятник Тысячелетию России". 2008-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.
  6. "Послевоенное восстановление". 2012–02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009–06-21.
  7. "Юрий Левиков. Памятнику «Тысячелетие России» 145 лет". 2012-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.