Ruslan Ağayev (aparıcı)

Ruslan Ağayev (tam adı: Ruslan Bəhmən oğlu Ağayev; 29 iyun 1989, Maqdeburq, Almaniya Federativ Respublikası) — Azərbaycanlı aparıcı, jurnalist və rejissor.

Ruslan Ağayev
Ruslan Bəhmən oğlu Ağayev
Doğum tarixi (34 yaş)
Doğum yeri Maqdeburq, Almaniya
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti Aparıcı
Jurnalist
Rejissor
Fəaliyyət illəri 2009-cu ildən etibarən

Həyatı[redaktə | mənbəni redaktə et]

Ruslan Bəhmən oğlu Ağayev 29 iyun 1989-cu ildə Almaniyanın Maqdeburq şəhərində anadan olmuştur. Atası Bəhmən Ağayev hərbçi, anası Arzu Ağayeva isə evdar xanımdır. Ruslan Ağayev 2007-ci ildə İncəsənət Gimnaziyasını bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinə daxil olmuşdur. Ruslan Ağayev universiteti 2011-ci ildə qırmızı diplomla bitirmişdir.

Karyerası[redaktə | mənbəni redaktə et]

2009-2010-cu illərdə "İrəli" İctimai Birliyinin “İrəli” radiosunda aparıcı kimi çalışmışdır. 2011-ci ildə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmində rejissor asistenti kimi çalışmışdır. 2011-ci ildə ATV-də yayımlanan “Onlar” verilişində müxbir olaraq çalışmaya başlamışdır.[1] 2012-ci ildə ATV-də yayımlanan “Kimdir Nömrə 1” layihəsində çalışmışdır. Eyni zamanda 2012-ci ildə show.az xəbər portalında fəaliyyət göstərmişdir. 2013-cü ildə ATV-də yayımlanan “Azərbaycanın səsi” və “Azərbaycanın səsi-Bala” layihələrində aparıcı olaraq fəaliyyət göstərmişdir.[2] Bu layihənin müxtəlif mövsümlərində Afaq Gəncəli, Cavid Gül, Günay FirudinqızıKəmalə Piriyeva ilə tərəf müqabili olmuşdur. 2014-cü ildə ATV-də yayımlanan “ATV Maqazin Onlarla” verilişində “Hit Parad” adlı rubrikanın aparıcısı olmuşdur.[3] 2019-cu ildə ATV-də yayımlanan “ATV Maqazin Onlarla” verilişinə redaktor təyin olunmuşdur. O həmçinin “ATV Maqazin Onlarla” verilişində yayımlanan “33 sual” adlı rubrikanın aparıcısı olmuşdur.[4] 2021-ci ildə Xəzər TV-də çalışmaya başlamışdır.[5][6]

Televiziya proqramları[redaktə | mənbəni redaktə et]

Televiziya proqramları
Tarix Başlıq Olaraq
Müxbir Aparıcı Redaktor
2011 Onlar
2012 Kimdir Nömrə 1
2013 Azərbaycanın Səsi
2013 Azərbaycanın Səsi-Bala
2014-2018 ATV Maqazin Onlarla - Hit Parad
2019-2021 ATV Maqazin Onlarla - 33 sual
2021-davam edir Şourum - Deyirlər Ki...

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Tarix Başlıq İcra etdiyi iş İstinad
2011 Çölçü Rejissor assistenti [7]

Videoqrafiya[redaktə | mənbəni redaktə et]

Tarix İcra etdiyi iş Sənətçi Əsərin Adı İstinad
2019 Rejissor Sevda Yahyayeva Son Xəbər [8]
2019 Rejissor, Montaj Əlixan Səmədov Sev Məni
2021 Rejissor Adil Karaca Mənim Anam [9]
2021 Rejissor, Montaj Aygün Kazımova De

Mükafatlar[redaktə | mənbəni redaktə et]

Siyahıda əksiklik var, tamamlamağa kömək edin.

Qafqaz Media İctimai Birliyi[redaktə | mənbəni redaktə et]

Tarix Mükafat İstinad
2014 "İlin ən yaxşı maqazin müxbiri" [10][11]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Rəqsanənin şəxsi fotosu oğurlandı - video". 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-30.
  2. “Azərbaycanın səsi”ndəki bərbad ifa lağa qoyuldu – VİDEO Arxivləşdirilib 2018-11-21 at the Wayback Machine İstifadə tarixi: 30.09.2021
  3. Elnarə tac taxdı, qalmaqal yarandı – FOTO Arxivləşdirilib 2021-09-30 at the Wayback Machine İstifadə tarixi: 30.09.2021
  4. Aygün Brilliant barədə danışdı: "Yaddaşımdan silmişəm" Arxivləşdirilib 2021-09-30 at the Wayback Machine İstifadə tarixi: 30.09.2021
  5. İşdən çıxan aparıcılarla bağlı ATV-dən - Açıqlama Arxivləşdirilib 2021-09-29 at the Wayback Machine İstifadə tarixi: 29.09.2021
  6. Afaq Gəncəlini kimin əvəz edəcəyi bilindi Arxivləşdirilib 2021-09-29 at the Wayback Machine İstifadə tarixi: 29.09.2021
  7. Ruslan Ağayev IMDb-də Arxivləşdirilib 2021-09-29 at the Wayback Machine İstifadə tarixi: 29.09.2021
  8. “Son xəbər”: Sevda Avropada idmançı ilə əl-ələ - VİDEO Arxivləşdirilib 2021-09-29 at the Wayback Machine İstifadə tarixi: 29.09.2021
  9. Azərbaycan, rus və türk məşhurları bir araya gəldilər - Video Arxivləşdirilib 2021-09-29 at the Wayback Machine İstifadə tarixi: 29.09.2021
  10. "Onlar"a eyni anda iki mükafat verildi - FOTO Arxivləşdirilib 2021-09-29 at the Wayback Machine İstifadə tarixi: 29.09.2021
  11. “Onlar”a iki mükafat verildi Arxivləşdirilib 2021-09-29 at the Wayback Machine İstifadə tarixi: 29.09.2021