Ruslan Tofiq oğlu Zərbalıyev (8 avqust 1988, Mican) — Azərbaycanlı musiqiçi, kamança ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr qalibi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi.
Ruslan Zərbaliyev | |
---|---|
Ruslan Tofiq oglu Zərbaliyev | |
Ümumi məlumatlar | |
Doğum adı | Ruslan Tofiq oglu Zərbaliyev |
Doğum tarixi | |
Doğum yeri | Mican, İsmayıllı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
musiqiçi muğam ifaçısı Müəllim |
Fəaliyyət illəri | 2008-ci ildən indiyədək |
Musiqi aləti | kamança |
Ruslan Tofiq oğlu Zərbaliyev 8 avqust 1988-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olmuşdur.
2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin xalq çalğı alətləri ixtisasında təhsil almışdır. Universitetdə təhsil alarkən 2007-ci ildə İ. Əbilov adına Mədəniyyət mərkəzində əmək fəaliyyətinə başlamişdır.
2008–2012-ci illərdə Azərbaycan Dövlət televiziyasının Əhsən Dadaşov adına `Xatirə` xalq çalğı alətləri ansamblında çalışmış və bir çox tanınmış ifaçıları müşayət etmişdir.
2011–2014-cü illərdə Respublika İncəsənət Gimnaziyasında əvəzedici müəllim kimi fəaliyyət göstərmişdir. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət Universitetinin Muğam sənəti kafedrasinda Respublikanin xalq artistləri Canəli Əkbərov, Qəndab Quliyeva, əməkdar artist Zakir Əliyevin siniflərində konsertmesystr kimi çalışmışdır. 2014–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Magistratura pilləsi üzrə təhsil almışdır. 2016-cı ildən həmin universitetin xalq çalğı alətləri ifaçılığı kafedrasında yarım ştat müəllim, 2017-ci ildən isə tam ştat müəllim, 2022-ci ildən də baş müəllim kimi fəaliyyət göstərir. 2016–2018-ci illərdə Şuşa musiqi kollecində əvəzçi müəllim kimi çalışmışdır.[1]
2010-cu ildən trio fealiyyətinə baslamış və bu illər ərzində bir çox ifaçıları müşayət etmiş, onların ifasında bir çox musiqiləri lentə almış, konsert proqramlarıyla çıxışlar etmişdir. Bu ifaçılardan xalq artisti Teyyub Aslanov, əməkdar artist Zakir Əliyev, opera və balet teatrının solisti Mütəllim Dəmirov, muğam musabiqəsinin qalibləri Mustafa Mustafayev, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Zabitə Alıyeva, Babək Quliyev və başqalarının adlarını çəkmək olar.
2015-ci ildə may ayının 26-dan 29-dək Türkiyənin İstanbul şəhərində 28 may Respublika günü ilə bağlı xanəndələr Babək Quliyev və Nigar Şabanova ilə birgə konsert proqramında çıxış etmişlər.
2016-cı ildə mart ayının 6-dan 9-dək Avstryada Azərbaycan Mədəniyyət Mərkəzində xalq Artisti Teyyub Aslanov, Murad Kəngərli ve Günay Mehdiyeva ilə birgə Novruz bayramı münasibətilə əlaqədar konsert vermişdir. 2016-cı ildə may ayının 14-dən 17-dək Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva ilə birgə Türkiyənin Marmara Universitetinə getmiş və xanəndə Kamilə Nəbiyeva ilə konsert proqramında çıxış etmişdir. 2016-cı ildə iyul ayının 4-dən 11-dək xalq artisti Zamiq Əliyevin rəhbərliyi ilə Slovakianin Nitra şəhərində beynəlxalq folklor festivalda ugurla ölkəmizi təmsil etmişdir.[2]
2016-cı ildən Türksoy Beynalxalq Mədəni Təşkilatının Xalq çalğı alətləri orkesrtinin solisti və üzvüdür. 2016-cı ildə sentyabr ayının 26-dan oktyabrın 8-dək Türksoy orkestrinin tərkibində Qazaxıstan, Qırğızıstan, Türkiyə və Şimali Kiprdə konsertlərdə çıxış etmişdir. 2017-ci ildə Türksoyla birgə Turkiyə, Rumınya və Moldovanın müxtəlif şəhərlərində silsilə konsertlərdə cıxışlar etmişdir. 2017-ci ildə sentybrın 26-dan oktyabrın 4-dək Qazaxıstanın Kızılorda və Şimkənt şəhərlərində xanəndə Babək Quliyev Və kamança ifaçısı Şəhriyar Musayevlə konsərtlər vermiş, Kızılorda Filarmoniyasinda master class vermişdir.[3]
2018-ci ildə noyabr ayının 6-dan 22-dək Türksoyla birgə Türkiyənin İstanbul şəhərində konsertlərdə çıxışları olmuş, Yaponiyanin Tokio Kavasaki Hamamatsu şəhərlərində Qara Qarayevin 100 illiyi ilə bağlı konsertlərdə iştirak etmişdir.
2019-cu ildə sentyabrın 19-dan 22-dək kamança ifaçisi Şəhriyar Musayevlə birgə Qazaxıstanin Kızılorda şəhərində beynəlxalq festivalda solo ifalarla cıxış etmişdir.[4]
Solo ifaçılığı: 2021-ci ildə musiqisi özünə məxsus olan "duygular" musiqisini solo ifasında ləntə alır.[5][6]