Rusne adası (lit. Rusnes sala) — Litva Respublikasının ən böyük adasıdır[1][2][3]. İnzibati cəhətdən Klayped qəzasının Şilut rayonu ərazisinə daxildir. 2004-cü ilə olan məlumata görə adada cəmi 1984 nəfər yaşayır. Adada sıxlıq 396,8 nəf./km²-dir.
Rusne adası | |
---|---|
lit. Rusnes sala | |
Ümumi məlumatlar | |
Sahəsi | 45 km² |
Hündür nöqtəsi | 1 m |
Əhalisi | 1.984 nəfər (2004-cü il) |
Yerləşməsi | |
55°17′50″ şm. e. 21°22′40″ ş. u. | |
Ölkə | Litva |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Rusne adasının sahəsi 45 km² təşkil edir. Ada Neman çayının deltasında yerləşir. Burada ada Neman çayının iki iri və bolsulu qolları ilə əhatələnmişdir. Skirvite qolu bolsulu və nisbətən dərin olmaqla, Rusiya Litva sərhədi keçir. Atmata qolu isə nisbətən dayazdır. Atmara çayı Baltik dənizinin Kurş körfəzinə tökülür. Neman deltası və Rusne adası bir çox köçəri quşları özünə cəlb etdiyindən 1992-ci ildə bölgə Rusne qoruğu təşkil edilmişdir. Ada düzənlik ərazidən ibarətdir. Maksimal hündürlük cəmi bir metrdir. Adanın yaşı 1100 il təxmin edilmişdir. Allüvial düzənlikdən ibarət olan ada çayların yuma və çökdürmə fəaliyyəti sayəsində sahəsində dəyişikliklər müşahidə edilir.
Adada ilk yaşayanlar balıqçılar olmuşdur. Sonrakı dönəmlərdə Linoniya ordeninin nəzarətində olmuşdur. Adaya olan marağın səbəbi Baltik dənizində ticarət yollarının bir nöqtəsi kimi və strateji əhəmiyyəti ilə əlaqədardır. Adada ilk kilsə 1419 ilə aiddir.
Adanı materiklə birləşdirən ilk körpü 1914-cü ildə tikilmişdir. Lakin İkinci Dünya müharibəsi zamanı körpü dağıdılmışdır. Körpü yenidə 1974-cü ildə təmir olunmuşdur.
1990-cı ildə Litva öz müstəqilliyini bərpa etdikdən sonra kollektiv kənd təsərrüfatı ləğv edilir. Torpaqlar fərdi torpaq mülkiyyətçilərinə qaytarəlmışdır. 1967-ci ildə Rusne şəhərinin ərazisi atıq bütün adanı əhatə edirdi[4]. .
Adanı materikə Atmata qolu üzərində yerləşən körpü birləşdirir. Rusiya tərəfi ilə əlaqə isə bərələrlə təmin edilir.