Slavyan ölkələrdən yanaşı, Avropanın başqa ölkələrində mövcud olan ruspərəstlik kütləvi mədəniyyət tərəfindən yaradılmış steriotiplərindən ("ənənəvi rus qonaqpərvərliyi", "rus incəliyi", və s.) gəlir. Rus mentaliteti haqqında kitab müaəllifi olan, Robert Aleksandr deyib ki, sitat:[2]
Mən rusları onların dramatik, emosional xarakerlərinə görə sevirəm. Onlar sevməkdən qorxmurlar, zərər almaqdan qorxmurlar, şişirtməkdən və ya impulsiv şəkildə hərəkət etməkdən qorxmurlar.
Orijinal mətn (rus.)
I love Russians for their dramatic, emotional nature. They're not afraid to love, not afraid to get hurt, not afraid to exaggerate or act impulsively.
Fransa və Böyük Britaniyadaki mədəni ruspərəstlik 1917-ci ilin inqlabından əvvəl başlamışdı. Onun mənbəyi Çar və ya Sovyet Rusiyasının siyasi reallıqları yox, Fyodor Dostoyevski və Anton Çexov kimi yazıçıların tərəfindən təsvir edilmiş "rus ruhu" idi.[3] Britaniyada bu ruspərəstlik 1912 və 1922 illərin arasında mövcud idi və Roberta Rubenştein fikirinə görə o, Britaniya modernizminə və özəlliklə Virciniya Vulf kimi yazarlara təsir etmiş.[4]
Yunanıstanda XIX əsrin sonundan başlayaraq mövcud olan ruspərəstlik rusların pravoslavlığı ilə bağlıdır. Buna görə, Sovet dövründə onun əvəzinə ruslara və slavyanlara qarşılıq hissləri gəlib. Halbuki, həmin dövrdə Yunanıstan kommunistlərin arasında ruspərəstliyin dalğası yaşanırdı.[5]
Qalisiya bölgəsində yaşayan rusinlər öz milli kimliyinin iki bir-birinə qarşı olan anlayışı təkminləşdirdilər: biri Ukraynapərəst, o biri ruspərəst.[8]
Qərbi Ukrayna (XVIII əsrin sonu — XX əsrin əvvəli)
XIX əsrdə Qərbi Ukrayna Avstriya-Macarıstan İmperiyasının hissəsi olub. Orda hakimiyyət Rusiya İmperiyasına qarşı pərəstiş olan rus milli hərəkətin inkişafına mane idi. Qərbi Ukraynanın ziyalıları Rusiyanı bir xilaskarı və ümumi slavyan köklərinin nümayindəsi kimi görürdülər.[9][10][11] Müasir Ukrayna və Polşa tarixşünaslığında bu hərəkət moskvapərəstlik (ukr.москвофільство; pol.moskalefilstwo) adlanır.[12]
XIX əsrdə Bolqarıstanda da, Qərbi Ukraynadaki kimi ruspərəst fikirlər mövcud idilər.[13][14]
Serbiyada da Rusiya həmişə yaxın mütəffiq kimi görünürdü.[15] 2017-ci ildə, Serbiyanın keçmiş Acintse kəndinin adı dəyişilərək, Putinovo edilib.[16][17]
Slovakiya və Çexiyada ruspərəstlik panslavyanizm ilə bağlı idi.[18] Avstriya-Macarıstan tərkibində olan Bohemiya və Moraviyada (müasir Çexiya) hökumətə müxalif olan çexlərin arasında ruspərəstlik ilə panslavyanizm hissləri var idi. Bu hisslər məsələn üçün İmperiya Şurasının üzvü olan, gələcək Çexoslovakiyanın ilk Baş Naziri Karel Kramarda və ondan da artıq, Bohemiya və Moraviyanın Nasional Sosialistlərdə var idi. Amma, çex müxalifətin başqa, demokratik və qərbpərəst hissəsi də var idi.[19]
↑С. И. Ожегов, «Словарь русского языка»: 70 000 слов/ Под ред. Н. Ю. Шведовой. — 23-е издание, испр., Москва: «Русский язык», 1991—917 с., ISBN 5-200-01088-8: «РУСО1… Первая часть сложных слов со знач. относящийся к русским, к русскому, напр. русофил (человек, любящий все русское), русофоб (человек, ненавидящий все русское)».
↑Zayarnyuk, Andriy. "Mapping Identities: The Popular Base of Galician Russophilism in the 1890s". Austrian History Yearbook. Center for Austrian Studies (41). 2010: 118-119.