Rusudan Xoperiya

Rusudan Xoperiya (d. 9 sentyabr 1972; Tbilisi, Gürcüstan) — Gürcüstanı təmsil edən batut gimnastı. Rusudan Xoperiya, 20002004-cü illərdə Gürcüstanı Olimpiya Oyunlarında təmsil edib.

Rusudan Xoperiya
Şəxsi məlumatlar
Tam adı Rusudan Xoperiya
Vətəndaşlığı Gürcüstan Gürcüstan
Doğum tarixi (51 yaş)
Doğum yeri Tbilisi, Gürcüstan
İdman növü Batut gimnastikası
Boyu 164 sm.
Çəkisi 52 kq.

Karyerası[redaktə | mənbəni redaktə et]

Rusudan Xoperiya, 2000-ci ildə Gürcüstan bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Xoperiya, 34.10 xal topladı və 8 idmançı sırasında 7-ci yeri tutdu.

Rusudan Xoperiya növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xoperiya, 62.50 xal topladı və 16 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]