Rut Benedikt (ing. Ruth Benedict; 5 iyun 1887[1][2][…], Nyu-York, Nyu-York ştatı[5] – 17 sentyabr 1948[3][2][…], Nyu-York, Nyu-York ştatı) – ABŞ antropoloqu, folklorşünası və şairəsi.
Rut Benedikt | |
---|---|
ing. Ruth Benedict | |
Doğum tarixi | 5 iyun 1887[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 sentyabr 1948[3][2][…] (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Partnyoru | |
Təhsili |
|
Fəaliyyəti | antropoloq |
Elmi dərəcəsi |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Rut Benedikt 1909-cu ildə Vassar kollecindən məzun olduqdan sonra 1914-cü ildə evlənmiş və Nyu-York şəhərinə köçmüşdür.[6] 1919-cu ildə Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə antropoloqlar Aleksandr Qoldenveyzer və Elsi Klüs Parsonsun tələbəsi olmuşdur.[6] 1921-ci ildə Kolumbiya Universitetinə daxil olaraq Frans Boasdan dərslər almış, 1923-cü ildə fəlsəfə doktoru dərəcəsi almışdır.[6]
O, dilçi Eduard Sepir və Marqaret Middən təsirlənmişdir.[6] 1920-ci illərdə Anna Sinqlton adı ilə şeirlər yazmışdır.[6] Kolumbiya Universitetində Boasla işləmiş, 1923-cü ildə mühazirəçi, 1948-ci ildə professor olmuşdur.[6] O, 1930 və 1940-ci illərdə Nyu-York şəhərini antropologiya tədqiqatlarının mərkəzinə çevirmişdir.[6]
Benedikt Amerika hinduları arasında bir sıra sahə tədqiqatları aparmışdır.[6] Xüsusilə, ABŞ-nin cənub-qərbində zunilərin fərdi şəxsiyyəti ilə mədəniyyəti arasındakı əlaqəni öyrənmişdir.[6] İkinci dünya müharibəsindən sonra Kolumbiya Universitetində Müasir Mədəniyyətlərdə Tədqiqat adlı layihəni idarə etmişdir.[6]