Ruysat

Ruysat‎ (ərəb. الرويسات‎) — Əlcəzairin şərqində, Uarqla vilayətind' şəhər və kommuna. Uarqla dairəsinə daxildir.

Ruysat
31°56′11″ şm. e. 5°20′07″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 138 ± 1 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ruysat xəritədə
Ruysat
Ruysat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqe

[redaktə | mənbəni redaktə et]

Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən cənub-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 562 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metrdir.[1]

Ruysat kommunası Uarqla, ƏynBəyda və Hassi-Məsud kommunaları, həmçinin Qardaya vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 7331 km2-dir.

Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,8 °C, ən isti ay (iyul) 34,2 °C-dir.[2]

  1. "Rouissat". GeoNames. 2019-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14.
  2. "Climate: Rouissat" (ingilis). Climate-Data.org. 2019-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14.