Rza Zərrab

Rza Zərrab, Rza Sərraf (12 sentyabr 1983, Təbriz) — Cənubi azərbaycanlı iş adamı. Türkiyə sahibkarı.

Rza Zərrab
Doğum tarixi (40 yaş)
Doğum yeri Təbriz, İran
Vətəndaşlığı İran, Türkiyə
Həyat yoldaşı Ebru Gündeş
Uşağı 1
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti sahibkar, iş adamı
Fəaliyyət illəri 2004-cü ildən

Rza Zərrab 1983-cü ildə Təbrizdə anadan olub.[1][2] İran və Türkiyə vətandaşlığına sahibdir.[3]

Rza Zərrab iş fəaliyyətinə 1996-cı ildən başlayıb. O, "Al Nafees Exchange" və "Al Salam Center Exchange" firmaları ilə Dubayda maliyyə sektorunda fəaliyyət göstərib.[1]

Türkiyədəki fəaliyyətinə isə "Royal" dənizçilik şirkəti ilə başlayıb. 2008-ci il yanvarın 25-də əsası qoyulan şirkətin qurucuları Türkiyənin "Ticaret Sicil" qəzetində belə təqdim olunub: Rza Sərraf, Əhəd Xabaztamımı, Apdullah Həppani, Humayun Zatpəvər və Turqut Həppani.[1]

Rza Zərrab Türkiyədə 2008-ci ildən fəaliyyət göstərir. İş adamı hazırda 10 müxtəlif istiqamətdə fəaliyyət göstərən Royal Holdinqin sahibidir. Qısa müddətdə fəaliyyətini genişləndirən şirkət 2010-cu ildə "Royal" Holdinq oldu. Moskvadakı "Radisson" oteli üçün "Royal" Dənizçilik şirkətinin istehsal etdiyi 5 lüks restoran gəmisi şirkətin ən böyük işlərindən biri sayılır.[1]

Zərrab 3 milyon türk lirəsi verməklə Trabzonspor futbol klubunun sponsoru olmuşdu.[1]

Türkiyənin məşhur müğənnisi Ebru Gündeşlə ailə həyatı qurub. Bir övladları var.[1]

Maraqlı olaylar

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı estrada müğənnisi Elnur Hüseynovun O Səs Türkiyə müsabiqəsindəki iştirakının Rza Zərrab tərəfindən təşkil olunduğu və bununla da həyat yoldaşı Ebru Gündəşə hədiyyə etmək istədiyi ilə bağlı iddialar yayılıb.[4][5][6]

17 dekabr 2013 istintaqı

[redaktə | mənbəni redaktə et]

Rıza Sarraf, 17 dekabr 2013 tarixində üç naziri oğlu ilə birlikdə rüşvət və qaçaqçılıq etdiyi iddiasıyla nəzarətə alındı. 21 dekabr tarixində məhkəmə AKP naziri Muammer Gülərin oğlu Barış Gülər və nazir Zəfər Çağlayan'ın oğlu Kaan Çağlayan ilə birlikdə həbs olunmasına qərar verdi. 28 fevral 2014-cü ildə alınan bir qərarla özü və eyni istintaqda nəzarətə alınan naziri uşaqları azad edildi.

19 mart 2016 istintaqı

[redaktə | mənbəni redaktə et]

19 mart 2016da Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində bank fırıldaqçılığın və quru pul ağlama yanında ABŞ-nin İrana yönəlik embarqosunu ləğv etmək ittihamları ilə göz altına alınmışdır.

  1. 1 2 3 4 5 6 Fatimə Kərimli. "Rza Zərrab necə milyarder olub? - DOSYE". az.azvision.az. 19.12.2013, 17:43. 2013-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2016.
  2. "Yolsuzluk operasyonu, Reza Zarrab kimdir". Haberturk.com. 19 dekabr 2013. 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2016.
  3. "Turkish National Arrested for Conspiring to Evade U.S. Sanctions Against Iran, Money Laundering and Bank Fraud". US Department of Justice. 21 March 2016. 3 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2016.
  4. "Elnurla bağlı Türkiyə mediasından ŞOK İDDİA" (az.). Milli.az. 7 dekabr 2014. 2014-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  5. "Reza Zarrab'dan Ebru'ya yeni hediye!" (Türkcə). sacitaslan.com. 3 dekabr 2014. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  6. "Reza'dan Ebru'ya büyük jest!" (Türkcə). haberevet.com. 3 dekabr 2014. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.