Söhbətül-Əsmar (1994)

Kinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb...

Söhbətül-əsmar
Fayl:Söhbətül-əsmar (film, 1994).jpg
Rejissor Elçin Hami Axundov (Elçin Hami kimi)
Əsərin müəllifi Məhəmməd Füzuli
Ssenari müəllifləri Dinarə Gərəkməzli
Elçin Haminin iştirakı ilə
Operator Vyaçeslav Jestkov
Rəssam Gülşən Quliyeva
İstehsalçı "Azanfilm" Studiyası
İlk baxış tarixi 1994
Filmin digər adları Meyvələrin bəhsi
Meyvələrin söhbəti
Filmin növü qısametrajlı cizgi filmi
Müddət 10 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1994
Texniki məlumatlar 1 hissə
277 metr
35 mm
Rəng rəngli
IMDb ID3963392

Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir.

Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]

1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi

  • Ən yaxşı cizgi filminə görə rejissor Elçin Hami Axundov Diplom və Prizlə təltif olunmuşdur.

2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[1][2] Forumda filmin rejissoru Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.[3][4]

Applikasiya filmidir.

Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.

Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr olunmuşdur.

Film Məhəmməd Füzulinin eyniadlı poeması əsasında çəkilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Məhəmməd Füzuli
Rejissor: Elçin Hami Axundov (Elçin Hami kimi)
Ssenari müəllifi: Dinarə Gərəkməzli, Elçin Haminin iştirakı ilə
Quruluşçu rəssam: Gülşən Quliyeva
Operator: Vyaçeslav Jestkov
Baş animator: Arifə Hatəmi, Rauf Dadaşov
Anturaj rəssamı: Hüseyn Cavid İsmayılov
Musiqi tərtibatı: İsmayıl Dadaşov
Rəssam: Sara Nəzirova, Elman Mirzəyev, Y. Quliyev, Ələkbər Məmmədov
Məsləhətçi: Sara Nəzirova
Mətnin müəllifi: Sara Nəzirova
Səs operatoru: Marat İsgəndərov

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Nuriyyə Əhmədova
Nizami Musayev
Kübra Dadaşova
Gülqız Süleymanova
Ələkbər Məmmədov
Gülçin Qocayeva
"Azərkinovideo" İB
  1. "Azərbaycan animasiya filmləri Özbəkistanda - FOTO". Sputnik Azərbaycan (az.). 20220420T1539+0400. 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
  2. "Azərbaycan animasiya filmləri Özbəkistanda təqdim olunacaq". Azərtac.
  3. "Özbəkistanda keçirilən birinci Daşkənd Beynəlxalq Animasiya Forumu başa çatıb". anima.az (az.). 2022-07-17. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
  4. "Animasiyanın inkişafına verdiyi töhfəyə görə". medeniyyet.az (ingilis). 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]