Dinarə Gərəkməzli

Gərəkməzli Dinarə İsa qızı (14 aprel 1948, Sərvan) — şair, tərcüməçi, ssenarist, kino redaktoru, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Dinarə Gərəkməzli
Dinarə İsa qızı Gərəkməzli
Doğum tarixi (76 yaş)
Doğum yeri
Fəaliyyəti ssenarist

Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966–1969).

Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969–1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974–1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır. Həmin vaxtdan şeirlərini, tərcümə və oçerklərini dövri mətbuatda, almanaxlarda çap etdirir.

  1. Здравствуй. Баку: Гянджлик, 1978, 29 стр.
  2. Когда проснулись птицы. Баку: Язычы, 1987, 69 стр.
  3. Вкус инджира. Баку:
  1. Cansıxıcı əhvalat (film, 1988)
  2. İmtahan (film, 1987)
  3. Qətldən yeddi gün sonra (film, 1991)
  4. Özgə vaxt (film, 1996)
  5. Söhbətül-əsmar (film, 1994)
  6. Süd dişinin ağrısı (film, 1987)
  7. Təxribat (film, 1989)
  8. Şahid qız (film, 1990)
  9. Ümid (film, 1995)
  10. Unudulmuş qəhrəman (film, 2005)