Kinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb...
Söhbətül-əsmar | |
---|---|
Fayl:Söhbətül-əsmar (film, 1994).jpg | |
Rejissor | Elçin Hami Axundov (Elçin Hami kimi) |
Əsərin müəllifi | Məhəmməd Füzuli |
Ssenari müəllifləri |
Dinarə Gərəkməzli Elçin Haminin iştirakı ilə |
Operator | Vyaçeslav Jestkov |
Rəssam | Gülşən Quliyeva |
İstehsalçı | "Azanfilm" Studiyası |
İlk baxış tarixi | 1994 |
Filmin digər adları |
Meyvələrin bəhsi Meyvələrin söhbəti |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 10 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1994 |
Texniki məlumatlar |
1 hissə 277 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID3963392 |
Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir.
Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar.
1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi
2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[1][2] Forumda filmin rejissoru Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.[3][4]
Applikasiya filmidir.
Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr olunmuşdur.
Film Məhəmməd Füzulinin eyniadlı poeması əsasında çəkilmişdir.