Söyüdlü arx

Söyüdlü arx- kitabı İlyas Əfəndiyev tərəfindən yazılmışdır[1]. Roman 1958-ci ildə dərc olunub.[2]

Söyüdlü arx
Müəllif İlyas Əfəndiyev
Janr Klassika
Orijinalın dili Azərbaycan
Seriya Azərbaycan Klassikləri
Nəşriyyat Qanun Nəşriyyat
Cild Yumşaq
Səhifə 224
ISBN 9789952367768

Haqqında[redaktə | mənbəni redaktə et]

İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu hekayələrlə başlayıb və 1939-cu ildə onun "Kənddən məktublar" adlı beş hekayədən ibarət ilk kitabı çıxıb. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkib."Söyüdlü arx" (1958) romanının əsas qəhrəmanı, şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə xanım gənc aktirasıdır, lakin əsərin süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, burada dram dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir. Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konfilikt Söyüdlü arxın uzadılması problemiylə bağlıdır və mübahisələr kəndin rəhbər işçiləri arasında gedir. Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir.Roman birinci şəxsin-Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir. Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir. Təsadüfi olsa da, onun aktirasılıq istedadı tanınır və Bakıya gəlib böyük sənət aləminə addımlamaq üçün imkanlar tapır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.
  2. "Söyüdlü arx". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.
  3. "Söyüdlü arx kitabı". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.