Sözün tərkibi kök və şəkilçidən ibarətdir.
Sözün ayrılıqda işlənə bilən deyil, əsas mənanı ifadə edən hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik həm də qrammatik mənası vardır. Şəkilçinin isə leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Azərbaycan dilində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Şəkilçilərdən hər birinin özünə görə müəyyən vəzifəsi olur.[1] Azərbaycan dilində şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişdirir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir. Azərbaycan dilində şəkilçilər yazılışına görə iki, dörd və bir variantlıdır. İki variantlı şəkilçilərdə a/ə saitləri, dörd variantlı şəkilçilərdə qapalı saitlər iştirak edir. İki və dörd variantlı şəkilçilər ahəng qanununa əsaslanır, lakin bir variantlı şəkilçilər ahəng qanununa əsaslanmır.
Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |