Söz birləşməsi — Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir.Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur . Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır.
İsim +sifət
Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var.
Söz birləşmələri ilə cümlələr arasında da bir neçə oxşar və fərqli cəhət var.
Söz birləşməsinin tərkib hissələrindən biri əsas söz, o biri isə asılı söz olur. Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətdən izah edir. Dilimizdə, bir qayda olaraq, əvvəl asılı söz, sonra isə əsas söz işlənir. Məsələn: çalışqan şagird, məktəb həyəti, vətənini sevən birləşmələrindəki birinci tərəflər asılı tərəflərdir. Həmin tərəflər ikinci tərəfə tabe olaraq onları müxtəlif cəhətdən izah edir. Bu xüsusiyyətinə görə asılı söz əvəzinə daha çox birinci tərəf, əsas söz əvəzinə isə ikinci tərəf ifadələri işlənir. Bəzən birinci tərəf əvəzinə tabe tərəf, ikinci tərəf əvəzinə tabeedici tərəf terminləri işlənir.
Söz birləşmələri ikinci (əsas) tərəfin ifadə vasitəsinə görə iki növə bölünür: ismi birləşmələr, feli birləşmələr.
İkinci (əsas) tərəfi adlarla (əsasən, isim, sifət, say və isimləşmiş başqa sözlərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir.
Məsələn: demokratik ölkə, azad seçki, insanların yaxşısı, uşaqların çoxu, gecənin istisi, şagirdlərin oxumağı,Azərbaycanın ordusu və s.
Dağlardan uca, hamıdan böyük, ürəyi qəmli, gözləri yaşlı və s. söz birləşmələri təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrdir.
İsmi birləşmələrdə, adətən, birinci tərəflər ikinci tərəfləri təyin (izah) etdiyi üçün həmin birləşmələrə təyini söz birləşmələri də deyilir. Təyini söz birləşmələri formasına və məna xüsusiyyətlərinə görə üç növə bölünür. Birinci növ təyini söz birləşmələri, ikinci növ təyini söz birləşmələri və üçüncü növ təyini söz birləşmələri.
Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi adlarla ifadə olunur. Bu tipli söz birləşməsinin əsas tərəfi adətən adlarla ifadə olunur.Adlara feildən başqa bütün əsas nitq hissələrini aid etmək olar.İkinci tərəfi isə adətən isimlərlə və isimləşmiş digər nitq hissələrilə ifadə olunur. Birinci növ təyini söz birləşməsi adətən ayrı-ayrı təhlil olunur İstisna bu gün yeni il və s Məsələn:
gözəl qız, ağıllı oğlan və s.-ni aid etmək olar. Lakin Vəlizadə Zahid və s. tipli sözlər belə sözlər söz birləşmələri hesab olunmur, çünki bu tipli sözlər mürəkkəb adlardır.
İkinci növ təyini söz birləşməsinin asılı yəni birinci tərəfi qeyri müəyyən yiyəlik hallı isimlə, ikinci tərəfi isə üçüncü şəxsin mənsubiyyət şəkilçisi ilə ifadə olunur. Məsələn, məktəb direktoru, ağac yarpağı.
Bu sözlər cümlədə birgə təhlil olunur. Bir tərəf cəmlənəndə adətən digər tərəf təkdə qalır istisna elmlər namizədləri qocalar evləri və ilaxır . Əksər 2-ci növ təyini söz birləşmələrini 3-cü növə çevirmək mümkündür. Məsələn, insan əli - insanın əli. Bu söz birləşmələri istisnadır: atalar sözü,
Üçüncü növ təyini söz birləşmələrinin birinci tərəfi müəyyən yiyəlik halla ifadə olunur ikinci tərəfi isə mənsubiyyət şəkilçili söz ilə ifadə olunur.Hər iki tərəf eyni zamanda cəmlənə bilir. Məsələn: şagirdlərin kitabları, ölənlərin ailələri.Üçüncü növ təyini söz birləşmələrinin digərlərindən fərqli cəhəti tərəfləri arasında istənilən qədər sözün artırıla bilməsidir. Məsələn, məktəbin şagirdi - məktəbin 11-ciləri arasında ən fəal şagirdi.
Əsas (ikinci) tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət və feili bağlama) ilə ifadə olunan söz birləşmələrinə feili birləşmələr deyilir. Məsələn:
Feili birləşmələrin əsas (ikinci) tərəfləri feillə ifadə olunur, buna görə də hərəkət bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah edir və əsasən, aşağıdakı mənaları bildirir: