Əhmədov Sücaət Yunus oğlu (4 iyun 1943, Kəlbəcər – 13 noyabr 2002, Gəncə) — Azərbaycan şairi.
Sücaət Əhmədov | |
---|---|
| |
Təxəllüsləri |
"Sücaət", "Sücaət Dəlidağlı", "Sücaət Kəlbəcərli" |
Doğum tarixi | |
Doğum yeri | Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Vəfat səbəbi | ağciyər xəstəliyi[d] |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1960s–2002 |
Əsərlərinin dili | azərbaycanca |
Sücaət Yunus oqlu Əhmədov 4 iyun 1943-cü ildə (bəzi mənbələrdə 1946-cı il[1]) Kəlbəcərdə Yunus Əhmədovun ailəsində anadan olub.
Kəlbəcərin məşhur İstisu kurortunda rəhbər vəzifələrdə çalışmışdır.[2]
7 noyabr 2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat etmişdir. Məzarı Göy-Göl rayonundadır.[3]
Xalası qızı ilə evli idi. Bir oğlu, iki qızı var. Oğlu Azərin Sücaət adında övladı var.
Azərbaycan jurnalisti Hidayət Elvüsal Sücaətin qardaşıdır.[4]
Sücaət iki dəfə həbs edilmiş, ömrünün 8 ilini zindanlarda keçirmişdi. İlk həbsi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 2-ci kursunda oxuyarkən olmuşdur. Kəlbəcərdə mağaza müdirini vurduğu üçün universitetdən xaric edilmiş və həbs olunmuşdur.[5]
Yaradıcılığa sovet dövründə başlasa da Sovet dövründə, demək olar ki, şerləri çap olunmayıb. Sücaətin şerləri əsasən dildən-dilə yayılmış, dillər əzbəri olmuşdur. El şənliklərində öz ifasında şerləri kasetlərə yazılmış, bu yolla Sücaətsevərlər arasında yayılmışdır.