Süd gölü

Süd gölü — türk, altay və monqol mifologiyasında həyat hovuzu. Sütgölü (Sütköl, Sötköl) və ya Ağgöl (Akgöl, Akköl, Ağkül) olaraq da deyilir. Monqollar Hünnür (Hünnevür) olaraq bilirlər. Göydədir, Həyat ağacının üzərində iştirak edər. Həyati ünsürləri daşıyır. Yer üzünə gələcək ruhlar bu hovuzun içindədir. Kübey Xanım bu göldən meşin kırbalarla gətirdiyi südü doğulacaq uşaqların ağzına damladar. Bu damla uşağın ruhunu işarələr. Südgölü göyün üçüncü qatında tapılar. Süd-Ağ Göl olaraq da adlandırılar. Bütün həyatın qaynağı olaraq qəbul edilir. Molla Nəsrəddinin gölü süd olaraq düşünüb mayalaması arasında alegori qurması bu məsələ ilə ictimai şüuraltı səviyyəsində də olsa əlaqəlidir. Süd ağlığı, saflığı, təmizliyi işarələr. Sura, çuvaş dilinde ağ deməkdir. Çeçen və inquş dillərində isə Sura sözcüyü süd mənasını verər. Monqolcada Sara isə ay deməkdir və dil olaraq da həmişə bir-birləriylə bağlı və ya əlaqəlidir.

Sus xanım — türk və altay mifologiyasında yağış tanrıçası. Sut (Süt, Süd) Xanım olaraq da bilinər. Gecə kəndlərin ətrafında dolanıb idarə edər. Özündən yağış istənilir. Suyut (Süd) Qazan adlı yağış istəmə mərasimi onun adından həyata keçirilir.

(Su/Suv/Sud/Sut/Süd) və (Sus) kökündən törəmişdir. Su kökü ilə əlaqəlidir. Susamaq feli ilə əlaqədardır.