Süleyman Paşa (Orxan Qazinin oğlu)

Süleyman Paşa (təq. 1316[1], Osmanlı imperiyası1357, Osmanlı imperiyası) — Osmanlı imperiyasının ikinci sultanı Orxan Qazinin oğlu.[2]

Süleyman Paşa
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1316[1]
Doğum yeri
Vəfat tarixi 1357
Vəfat yeri
Atası I Orxan
Anası Nilüfər Xatun
Ailəsi Osmanlı xanədanı

1350-ci illərdə Trakyanın fəthində məhz Süleyman Paşanın da xidməti var. Bu barədə dövrün bəzi mənbələrində məlumatlar var.[3] 1354-cü ildə Trakyada şiddətli zəlzələ olmuş, qar və fırtına vəziyyəti daha da çətinləşdirmişdir. Bu hadisədən sonra Gelibolu şəhəri darmadağın olmuş, əhali tərəfindən tərk edilmişdir. Orxan Qazinin oğlu Süleyman paşa (anası Nilufər Xatun) və ordusu Çanaqqala (Dardanel boğazı) boğazını keçərək özü ilə birlikdə gətirdiyi türkmənləri boş qalmış Geliboluda məskunlaşdırmışdır. Bir müddət sonra Gelibolu bərpa olunaraq, yenidən inşa olunmuş və əhalisi tamamilə türklərdən ibarət olmuşdur. Bizans imperatoru Süleyman paşadan Geliboluya yerləşdirdiyi türklərlə birlikdə oranı tərk etməsini istəmişdir, amma Süleyman paşa türklərin bura Allahın niyəti ilə gəldiyini, şəhərin tərk edilmiş olduğunu, heç kimin evinin zorla alınmadığını və şəhəri tərk etməyin Allahın niyətinə qarşı olduğunu bildirmişdir. İmperator şəhərin tərk edilmə xərclərini qarşılayacağını və təzminat ödəyəcəyini bildirsə də Süleyman paşa fikrini dəyişməmişdir. Bizans imperatoru Süleyman paşanı kürəkəni olan Orxan bəyə şikayət etmişdir. Orxan bəy bu mövzuda İzmitdə imperatorla görüşə biləcəyini bildirmişdir, lakin sonradan xəstə olduğunu bildirib görüşə getməmişdir. Bunun fəlakət olduğunu anlayan imperator ümidsizliyə qapılmışdır. Daxildəki hərc-mərclikdən də bezən imperator Kantakuzen 1354-cü ildə öz istəyi ilə taxtdan çəkilərək birmonastra keşiş olaraq getmişdir. Qayınatasının hakimiyyətdən getməsi üzərinə Orxan Qazi də Gelibolu yarımadasını tamamilə öz nüfuzu altına almış, Trakya bölgəsində də fəth siyasətini davam etdirmişdi. Rumelidəki Osmanlı torpaqlarında bəylərbəyi vəzifəsini tutan Orxanın böyük oğlu Süleyman Paşa, Çorlu ətrafında bir ov sırasında atından düşərək dünyasını dəyişmişdi (1357).[4] Süleyman Paşanın ölümü ilə, 1359–1362-ci illər arasında Orxan bəyin digər oğlu və varisi Murad bəy Rumelidəki Osmanlı ordularına komandanlıq etməyə başlamışdı.[5]

  1. 1 2 http://www.biolex.ios-regensburg.de/BioLexViewview.php?ID=1721.
  2. Kafadar, Cemal (1995). Between Two Worlds: The Construction of the Ottoman State. p. xviii.
  3. Finkel, Caroline (2005). Osman's Dream: The Story of the Ottoman Empire, 1300–1923. Basic Books. p. 16.
  4. Lowry, Heath (2003). The Nature of the Early Ottoman State. SUNY Press. p. 82.
  5. Mehman Ağayev, Sevinc Əliyeva. Osmanlı Tarixi. Bakı: "AVROPA" nəşriyyatı, 2021, s.40–41

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Mehman Ağayev, Sevinc Əliyeva. Osmanlı Tarixi. Bakı: "AVROPA" nəşriyyatı, 2021, s.40–41