Süleyman Süleymanov

Süleyman Məhəmməd oğlu Süleymanov (5 may 1935, Qurdlar, Marneuli rayonu26 iyul 2014, Tbilisi) — Gürcüstan SSR və Gürcüstanın tanınmış ictimai-siyasi və dövlət xadimi, jurnalist, publisist, tarixçi, tərcüməçi, redaktor, uzun müddət "Gürcüstan" qəzetinin baş redaktoru.

Süleyman Süleymanov
bayraq
Gürcüstan SSR Ali Sovetinin Deputatı
bayraq2
12 noyabr 1980 – 20 noyabr 1985
ƏvvəlkiAyvaz Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1935(1935-05-05)
Doğum yeri
Vəfat tarixi 26 iyul 2014(2014-07-26) (79 yaşında)
Vəfat yeri

Təltifləri "Şərəf" ordeni

Süleyman Məhəmməd oğlu Süleymanov 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunun Kürdlər kəndində anadan olub. O, Marneuli Pedaqoji Texnikumunu və 1960-cı ildə Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili-ədəbiyyatı və tarix fakültəsini bitirib. S. Süleymanov 1962-ci ildə Marneuli Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. 1964-cü ildən həmin rayonun partiya komitəsində təlimatçı, təbliğat və təşviqat şöbə müdiri, təşkilat şöbə müdiri, rayon partiya komitəsinin katibi vəzifələrində çalışıb, büro üzvü və dəfələrlə rayon sovetinin deputatı seçilib[1].

O, 1972-ci ildən ömrünün sonunadək "Sovet Gürcüstanı" və onun davamı kimi 1990-cı ildən "Gürcüstan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 92 illik şərəfli tarixə malik olan "Gürcüstan" qəzeti sovetlər dönəmində də, ondan sonra da Gürcüstanda anadilli mətbuat işçilərinin yaradıcılıq mərkəzinə çevrilib, redaksiya isə bir sıra təşəbbüs və başlanğıclarla fərqlənib, müəlliflik mükafatlarına layiq görülüb. Onlardan biri — 1979-cu ildə qəzetin Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı kimi dörd nəfər yaradıcı əməkdaşı sərginin bürünc və gümüş medalları ilə təltif olunub[1].

S. Süleymanov Gürcüstan KP MK — nın 23, 24, 25-ci qurultaylarında Təftiş Komissiyasının üzvü, 1980-ci ildə Gürcüstan SSR Ali Sovetinin deputatı seçilib[1].

Qırx iki illik qəzet redaktoru vəzifəsini yerinə yetirmək dövründə "Gürcüstan" qəzeti redaksiyası Gürcüstanda azərbaycanlıların ölkənin fəal vətəndaşları olmaları, öz hüquq və vəzifələrini yerinə yetirmələri sahəsində əsl məlumatlandırma mərkəzinə çevrilərək öz ətrafında yaradıcı qüvvələri toplayıb, milli varlığın, ana dilinin, mədəniyyətin, vicdan azadlığının müdafiəsi sahəsində fəaliyyətini dayandırmayıb. Qəzet redaksiyasının təşkilatçılığı ilə və S. Süleymanovun da həmmüəllifi olduğu Gürcücə- Azərbaycanca lüğət işıq üzü görüb, Gürcüstan tarixi, Gürcüstan coğrafiyası azərbaycancaya tərcümə olunub, müxtəlif sözlüklər, danışıq lüğətləri, bukletlər, məktəblilər üçün vəsaitlər nəşr olunub[1].

Onun rəhbərlik etdiyi "Gürcüstan" qəzetinin 50 illik, 60 illik, 75 illik, 90 illik yubiley tədbirləri Azərbaycandilli mətbuat bayramı səviyyəsində qeyd olunub[1].

S. Süleymanov redaktor vəzifəsi ilə yanaşı 1992-ci ildə təsis edilən "Gürcüstan Azərbaycanlıları İttifaqı"nın sədri idi[1].

1981-ci ildə "Şərəf nişanı" ordeni, 1997-ci ildə Gürcüstanın "Şərəf" ordeni ilə təltif olunub. S. Süleymanov Gürcüstan Ali Sovetin Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif edilib və Gürcüstan Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb[1].

Dörd övlad atası, yeddi nəvə babasıdır[1].

26 iyun 2014-cü ildə vəfat edib[1].

  1. 1 2 3 4 5 6 7 8 9 "BBC Azərbaycanca Xidmətinin sabiq şərhçisi Süleyman Süleymanov vəfat edib". BBC Azərbaycanca (az.). bbc.co.uk. 27 iyun, 2014 - 07:43 GMT. 2014-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]