Süleyman bəy Bicən oğlu

Süleyman bəy Bicən oğlu (? -1492) - Ağqoyunlu sərkərdəsi. 1480-ci ildə Ağqoyunlu torpaqlarına soxulmuş Misir sultanı Qait bəyi (1468-96) məğlub etmiş və Diyarbəkirdə möhkəmlənmişdi. Baysunqur Mirzənin hakimiyyəti dövründə əmir əl–ümərə (əmirlər əmiri) kimi ölkəni idarə etməyə başlamışdı. 1492-ci ildə Rüstəm Mirzənin qoşunları ilə Bərdə yaxınlığında baş vermiş döyüşdə məğlub olan Süleyman bəy Bicən oğlu Diyarbəkirə qaçmış, orada öldürülmüşdür.

Süleyman bəy Bicən oğlu
Vəfat tarixi
Fəaliyyəti hərbi lider[d]