Süleyman bəy Rüstəmbəyov

Süleyman bəy Rüstəm bəy oğlu Rüstəmbəyov (1831, Şuşa1882, Şuşa) — Qarabağ bəyi, çar zabiti, praporşik.

Süleyman bəy Rüstəmbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1831
Doğum yeri
Vəfat tarixi 1882
Vəfat yeri
Dəfn yeri
Hərbi xidmət
Rütbəsi poruçik

Həyatı[redaktə | mənbəni redaktə et]

II Rüstəm bəyin ikinci oğlu Süleyman bəy 1831-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmətə başlamışdı. Poruçik rütbəsi vardı.

Süleyman bəy Rüstəmbəyov 1872-ci ildə Bakı quberniyasının Cavad qəzasında rəis köməkçisi vəzifəsində çalışırdı.

Süleyman bəy 1882-ci ildə vəfat edib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Süleyman bəyin Rüstəm bəy adlı oğlu, İmmi xanım adlı qızı vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Qasım bəy Kəbirlinin törəmələri, Bakı, "Soy" dərgisi, 9(29), 2009.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]