Sülh körpüsü (Tbilisi)

Sülh körpüsü (gürc. მშვიდობის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən piyada körpüsü. Metexi körpüsü (axar ilə aşağıda) ilə Brataşvili körpüsü (axarı ilə yuxarı) arasında yerləşir. Körpü II İrakli küçəsi ilə Rike parkını birləşdirir. 156 metr uzunluğa malik körpü polad konstruksiyadan yığılmışdır. Üzəri isə şüşə ilə örtülüdür. Bütün konstruksiya 4 dirək üzərində durur. Körpüyə istər II İrakli küçəsindən, istərsə sahil bulvarından gəlmək mümkündür. Körpünün eni 5 metrdir. piyadaların hərəkətinə hesablanmış körpünün inşasına 2010-cu ildə başlanılmışdır.

Sülh körpüsü
gürc. მშვიდობის ხიდი
Xəritə
41°41′34″ şm. e. 44°48′29″ ş. u.
Keçid piyadalar üçün
Yeri Tbilisi
Üslubu Asma
Material dəmir-beton
Uzunluğu 156 metr
Eni 5 metr
Açılışı 6 may 2010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körpünün memarı italyalı Mikele de Lukkidir (it. Michele De Lucchi). Buna qədər o Gürcüstanda Gürcüstan Mərasim Sarayını və Gürcüstanın Daxili İşlər Nazirliyinin binasının memarı olmuşdur. İşıqlandırma üzrə dizayneri isə fransız Filipp Martinodur.[1]

Körpünün dizaynı şəhər əhalisi arasında xoşagəlməz təssüratlar oyadır.[2]

Körpü Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin göstərişi əsasında inşa edilmişdir. Belə bir körpünün inşası 2008-ci il avqust ayında, Gürcü-osetin münaqişəsindən sonra meydana gəlir. Körpünün sifarişçisi isə Tiflis şəhər meriyası olur.[3]

Körpü rəsmən 6 may 2010-cu ildə istifadəyə verilmişdir.[4]

  1. ეკა ლომიძე. "ამაზე გრძელი, ამაზე დიდი… ჯერ არ მინახავს მე მტკვარზე ხიდი!". სტატია (gürcü). გაზეთი კვირის პალიტრა. 17-05-2010. 2010-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-04.
  2. "Тбилиси, который мы потеряли". 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  3. "Arxivlənmiş surət". 2016-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  4. "შუშის საფეხმავლო ხიდი დღეიდან ექსპულატაციაში შევა". ნიუსი (gürcü). საინფორმაციო პორტალი „ექსპრესნიუსი”. 06/05/2010. 2013-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-04.