Sümükdaxili

Sümükdaxili, intraossear qısaca i.o. (lat. intra = daxili; lat. os = sümük) tibabətdə dərman və məhlulların orqanizmə yeridilmə - aplikasiya formasıdır. Adətən venadaxili inyeksiya yaxud infuziya mümkün olmadıqda (uşaqlara, kök və yanıqlı, politravmalı xəstələrə, kritik hallarda təcili yardım zamanı) tətbiq edilir. Bu məqsədlə qamış sümüyünün qabarcığından (lat. tuberosite tibiale) 2 sm aşağı və içəri tərəfində xüsusi bohrmaşın vasitəsilə iynə sümük iliyi boşluğuna yeridilir[1]. Sümükdaxili infuziya ağrılı olduğundan əvvəlcə boşluğa yerli keyləşdirici (2%-4ml lidokain məhlulu) yeridilir, sonra isə infuziyaya başlanılır. Əldə edilən sümükdaxili giriş vasitəsilə demək olar ki, bütün növ şok əleyhinə dərman və infuziya məhlullarını, qan və qan əvəzedicilərini yeritmək mümkündür. Bu zaman sümükdaxili giriş vasitəsilə laborator analizlər üçün lazım miqdarda qan götürmək də mümkündür. Bir ədəd ing. B.I.G. Bone Injection Gun - sümükdaxili kit təqribən 94,00 avrodur[2].

  • 12 yaşa qədər uşaqlar üçün, maksimal dərinlik 1,5 sm, qırmızı rəngli - ing. 18 Gauge ölçülü iynə
  • 12 yaşa çatmışlara və böyüklər üçün, maksimal dərinlik 2,5 sm, mavi rəngli - ing. 15 Gauge ölçülü iynə
Qamış sünüyündə sümükdaxili iynə (CT müayinəsndə, aksial kəsikdən görüntü)
Sümükdaxili infuziya üçün ləvazimatlar
15G və 18G ölçülü iynələr

İlk dəfə 1940 cı ildə öz tətbiqini tapmışdır[3]. Təcili yardımlarda 80%-dən çox hallarda müvəffəqiyyətlə istifadə olunur. Fəsad törətmə riski çox cüzidir. Mümkün fəsadlara: kompartment sindromu, ziyadə güc tətbiq etdikdə müvafiq sümüyün zədələnməsi ya sınması, sterillik gözlənilməzsə müfafiq sümüyün iltihabına - osteomiyelit. Yalnız lat. osteogenesis imperfecta - natamam osteogenez diaqnozlu xəstələrə tətbiqi məqbul sayılmır. Metodun əsas çatışmazlığı material bahalılığı ilə əlaqədardır.

Punksiya yerləri

[redaktə | mənbəni redaktə et]

Adətən qamış sümüyünə[1] təbiq dilən bu metod xüsusi hallarda dgər sümüklərə də tətbi edilə bilinir.

  1. 1 2 3 4 Intraossärer Zugang. Punktionsorte
  2. Bone Injection Gun B.I.G. Intraossärer Zugang f. Erwachsene
  3. Tocantins LM, O'Neill JF, Jones HW: Infusions of blood and other fluids via the bone marrow. JAMA 1941; 117:1229-1234