Bu məqaləni vikiləşdirmək lazımdır. |
Süni xəz — təbii xəzlərə bənzədilən xovlu toxuculuq məmulatı; trikotaj maşınlarında, toxuculuq dəzgahlarında və yapışdırma üsulu ilə hazırlanır. Təbii xəzlərə (su samuru, dələ, yenot, tülkü və s. xəzlərinə) oxşadılan parça əsalı süni xəzlər və trikotaj süni xəzlər daha çox yayılmışdır. Süni xəz əsasdan və xovdan ibarətdir. Süni xəzin rəngi, naxışları, xovun yerləşməsi demək olar ki, tamamilə xovunun oxşadıldığı təbii xəzdəki kimi olur. Süni xəzin əsası üçün pambıq, bəzən də sintetik saplardan, xov üçün isə müxtəlif monosaplardan, yaxud kompleks poliamid və poliefir viskoz lifləri və asetat liflərindən, uzunxovlu süni xəzlərdə isə poliakrilnitril liflərindən istifadə edilir. Müxtəlif rəngli və naxışlı süni xəzlər istifadə edilir. Süni xəzlərdən palto və digər üst geyimləri, papaq və s. tikilişində, həmçinin üzlük və astarlıq material kimi istifadə edilir.[1]