"Sünni üçbucağı" — İraqda şərti ərazi. Bağdadın şimalında və qərbində yerləşir. İraq müharibəsi zamanı şöhrət qazanmışdır.
Bu ad 2003-cü ildə beynəlxalq koalisiya qüvvələrinin ölkəni işğal etməsindən əvvəl ortaya çıxmışdır. Ölkənin ərəb sünni əhalisinin üstünlük təşkil etdiyi ərazini bildirir.[1][2] Onun şimalında əhalinin əhəmiyyətli bir hissəsini kürdlər, cənubunda isə şiə ərəblər təşkil edir. "Sünni üçbucağının" təxmini hüdudları Bağdad, Tikrit və Ramadi şəhərləridir.