Tikrit (ərəb. ﺗﻜﺮﻳﺖ ) — İraqda Bağdadın 140 km şimal-qərbində Dəclə çayı sahilində qurulmuş bir qəsəbədir. Səlahəddin valiliyinin paytaxtı olan qəsəbənin təxmini əhalisi 160 mindir (2012-ci ilin siyahıyaalması). [1]
Qəsəbə | |
Tikrit | |
---|---|
ərəb. ﺗﻜﺮﻳﺖ | |
34°36′ şm. e. 43°41′ ş. u.HGYO | |
Ölkə | İraq |
Tabesində | Səlahəddin valiliyi |
Mayor | Ömər Tariq İsmayıl |
Tarixi və coğrafiyası | |
İlk məlumat | E.ə. 615. |
Mərkəzin hündürlüyü | 137 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 160.000 nəfər (2012) |
Vikianbarda əlaqəli mediafayllar |
Qəsəbədə yaşayışın mövcudluğu Assuriya dövrünə qədər gedib çıxır. Mənbələrdə şəhərin adı ilk dəfə Babil hökmdarı Nabolpolassarın Assur şəhərinə hücumu dövrü ilə əlaqədar çəkilir.[2] Təxmini 1000 il əvvəl Tikritdə bir qala və böyük xristian monastrının olması haqqında orta əsr müəlliflərinin kitablarında məlumatlar vardır. Orta əsrlərdə qəsəbə tekstil malları istehsal edirdi.
Şəhər böyük tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətlərindən Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər[3] və Əfşarlar İraqı elə keçirərkən Bağdad ətrafındakı bu qəsəbəni də öz hakimiyyətlərinin altına salıblar.
Tarixi şəxsiyyətlərdən Səlahəddin Əyyubi[4] və keçmiş İraq prezidenti Səddam Hüseyn də bu şəhərdə doğulmuşdur.
İraq haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |