Sürətlənmə (ing. Momentum) — rejissor Stiven Kampanelli tərəfindən çəkilmiş və baş rollarda Olqa Kurylenko, Morqan Friman və Ceyms Purefoyun yer aldığı 2015-ci ildə çəkilmiş döyüş triller filmi. Yüksək texnologiyalar üzrə mütəxəssis oğru müəmmalı hökumət agentləri tərəfindən təqib edilir.
Sürətlənmə | |
---|---|
ing. Momentum | |
Janr | triller filmi, döyüş filmi |
Baş rollarda | |
İlk baxış tarixi | 2015, 31 mart 2016[5] |
Müddət | 96 dəqiqə[1] |
Büdcə | $20 milyon[2] |
Gəlir | $789,406[3] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID3181776 |
Mükəmməl hərbi təlim keçmiş keçmiş hərbi agent və hal-hazırda oğruya çevrilmiş Aleks (Olga Kurylenko), keçmiş şəriki Kevin tərəfindən yüksək texnologiyalı bank soyğunu işinə (“son iş”) cəlb olunur. Oğurluq zamanı onlar bir çanta almaz oğurlayırlar ki, çantanın içərisində ittihamedici dəlillər olan qiymətli fləş disk də gizlədilmişdir. Aleks oğurluq zamanı almazları gizlədir və gəlirin qalan hissəsini öz aralarında bölüşdürmək və aranın bir qədər sakitləşməsi üçün oteldə dincəlməyi qərara alırlar. Onlar cənab Vaşinqtonun (Ceyms Purefoy) başçılıq etdiyi agentlər komandası tərəfindən təqib edilirlər. Aleks çarpayının altında gizlənir və buna görə də Kevini işgəncələrə məruz qoyub öldürənlər əvvəlcə onu görmürlər. Sonda Aleks Kevinin qisasını almaq üçün cənab Vaşinqtonu öldürmək istəyəndə, əlindəki silahın darağının boş olduğunu görür. Bundan sonra Aleks cənab Vaşinqtonun dəstəsindən qaçmağa başlayır və şəhər boyu pişik-siçan qovması başlayır. Kevinin arvadından və uşağından Aleksi ələ keçirmək üçün yem kimi istifadə edirlər. Aleks onu təqib edənlərin arxasında duranların məqsədlərini müəyyən etməyə çalışır. Aleks nəhayət, fləş diski götürmək üçün agentlərin anonim ABŞ senatoru (Morgan Freeman) tərəfindən göndərildiyini öyrənir.