Sürəyyə Babayeva (tam adı: Sürəyyə Lətif qızı Babayeva; 1913, Qaradonlu, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 22 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Sürəyyə Babayeva | |
---|---|
Sürəyyə Lətif qızı Babayeva | |
Doğum tarixi | 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 1990 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
1913-cü ildə Cavad qəzasının Qaradonlu kəndində (İndiki İmişli rayonuna aiddir) anadan olmuşdur.[2] Həyat yoldaşı Müxlis Böyük Vətən müharibəsində itkin düşmüşdür; bu səbəbdən, oğlu Ərzulla və qızı Mirvarini özü böyütmüşdür. Son illərdə oğlu və onun ailəsi ilə birgə Biləcəri qəsəbəsində yaşamışdır.
Yanvarın 22-də saat 17.25 dəqiqədə Biləcəri şosesində hərəkət edən hərbi zirehli maşınlardan və tanklardan buradakı binalar atəşə tutulmuş, mətbəxdə xörək hazırlayan 77 yaşlı Sürəyya Babayeva aldığı yaradan yerindəcə həlak olmuşdur. Güllə sağ gicgah nahiyəsindən girmiş və sol gicgah nahiyəsindən çıxmışdır. Bina 5 dəqiqədən çox avtomat və pulemyotlardan atəşə tutulmuş, 76-cı mənzildə yaşayan Mürsəl Əsgərov da yaralanmışdır. Mənzillərdə avtomat və pulemyot güllələrinin yeri uzun müddət qalmışdır.
İmişli rayonunda dəfn edilmişdir.[3]
Bakı, Biləcəri qəsəbəsi, Tbilisi şosesi, ev 1a, mənzil 29.