Sürəyya Bəşir qızı Ağayeva (10 may 1951, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Heterogen kataliz” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi, dosent.[1]
Sürəyya Ağayeva | |
---|---|
Sürəyya Bəşir qızı Ağayeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu |
Ağayeva Sürəyya Bəşir qızı 1951-ci il mayın 10-da Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Orta təhsilini Bakının Nərimanov rayonunun 200 saylı məktəbində almış və 1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin “Əsas üzvü və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirmişdir.
İlk əmək fəaliyyətinə institutu bitirdikdən sonra, 1974-cü ildən Azərbaycanın MEA Neft Kimya Prosesləri İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşovun rəhbərlik edən “Heterogen kataliz” laboratoriyasında kiçik elmi işçi vəzifəsi ilə başlamışdır və seolit katalizatorlarının sintezi və onların tədbiqi sahəsində tədqiqatlar aparılmışdır. Aspiranturanı bitirdikdən sonra, 1988-ci ildə “n-Pentanın izomerləşməsi üçün metallseolit katalizatorların işlənib hazırlanması” mövzusunda professor B.A.Dadaşovun rəhbərliyi altında namizədlik dissertasiya müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsini alan S.Ağayeva, 1992-ci ildə “Heterogen kataliz” laboratoriyasında böyük elmi işçi, 2002-ci ildən isə aparıcı elmi işçi, hal-hazırda isə baş elmi işçi vəzifəsində çalışır.
2004-cü ildə S.Ağayeva dosent adı verilmişdir. Elmi axtarışlarını müntəzəm olarq davam etdirən S.Ağayeva, 2010-cu ildə “Toluolun disproporsionallaşması və kiçik molekullu (C2-C5) alkanların çevrilməsi proseslərinin fəallaşdırılması üçün seliolit sistemlərinin məqsədyönlü modifikasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş “Neft kimyası” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır.
S.Ağayeva 130-dan çox elmi işlərin müəllifidir. O, bir sıra beynalxalq konqreslərin və konfrasların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur.
Elmi fəaliyyətini əsasən müxtəlif karbohidrogenlərin izomerləşmə, aromatikləşmə və disproporsionallaşma, birbaşa qovulma və qaz benzinlərinin bilavasitə izomerləşmə prosesləri üçün səmərəli katalizatorların sintezinin elmi əsaslarının işlənib hazırlanmasına həsr etmişdir. O, neft hasilatı və neft emalı qazlarının tərkibini təşkil edən C2+ aşağımolekullu alkanların, eləcədə tullantı və səmt neft qazlarının effektiv emalının həlli üçün yüksək aktivliyə və selektivliyə malik olan katalizatorlar yaratmış, toluolun disproporsionallaşma, C2+- nın dehidrotsiklooliqomerləşməsi və n-parafinlərin izomerləşməsi reaksiyalarında C-C əlaqələrinin əmələ gəlmə və yenidən paylanma qanunauyğunluqları ümumiləşdirilmişdir. Müxtəlif quruluşlu seolitlərin modifikasiyalaşmasının onların turşu və mikroməsaməli xüsusiyyətlərinə təsirinin sistematik tədqiqi nəticəsində onların C2+ karbohidrogenlər və toluolun çevrilməsi zamanı C-C əlaqələrinin əmələgəlməsi və yenidən paylanmasına təsiri müəyyən olunmuş və bu faktorların toluolun disproporsionlaşması, n-parafinlərin izomerləşməsi və C2+ aşağımolekullu alkanların dehidrotsiklooliqomerləşməsi proseslərində katalitik xüsusiyyətlərinin dəyişməsinə təsirinin differensiasiyası aparılmışdır. Müəyyən olunmuşdur ki, karbohidrogenlərin çevrilməsinin seçiciliyini təyin edən aparıcı faktor seolitin mikroməsaməli quruluşudur. Aparılmış tədqiqatlara əsasən, işlənib hazırlanmış kompozision katalizatorlar üzərində birbaşaqovulma benzinlərinin yüksək temperaturlu dehidrotsiklləşdirici emalının (riforminqin) aşağıtemperaturlu izomerləşdirici emalla (izoforminqlə) əvəzedilməsi və izoforminq prosesinə qaz alkanların cəlb edilməsi, Avrostandartların tələb etdiyi yüksək oktanlı ekoloji təmiz benzinlər almağa imkan verilməsinin mümkünlüyü göstərilmişdir.
2015-2016-cı illərdə Socar Elm Fondunun və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant üzrə işlərinin iştirakçısı və elmi rəhbəri olmuşdur