Süveyş böhranı (Süveyş müharibəsi, Sinay müharibəsi, ikinci İsrail-ərəb müharibəsi; ivr. מבצע קדש) — 1956-cı il oktyabrından 1957-ci ilin martınadək baş verən beynəlxalq münaqişə. Səbəb Süveyş kanalının adminstrasiyasının səlahiyyətlərinin ilə bağlı fikir ayrılığı idi. Ziddiyyətlərin kəskinləşməsi Böyük Britaniya, Fransa və İsrailin Misir əleyhinə hərbi əməliyyatlarının başlanması ilə nəticələndi.
Süveyş böhranı | |||
---|---|---|---|
Soyuq müharibə və İkinci İsrail-ərəb münaqişəsinin bir hissəsi | |||
Tarix | 29 oktyabr 1956 – 7 noyabr 1956 | ||
Yeri | |||
Nəticəsi |
SSRİ və ABŞ"ın müdaxiləsi. İsrailin Sina Yarımadasını İşğalı(1957"yə qədər) |
||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Münaqişə SSRİ, ABŞ və BMT-nin səyləri nəricəsində dayandı. Tərəflər öz əvvəlki mövqelərinə qayıtsalar da, hərbi məğlubiyyətə uğrayan tərəf Misir oldu.
Hücumlar, Misir Prezidenti Nasir"in 26 İyul 1956 tarixində, Süveyş kanalını dövlətləşdirmə istəyi və SSRİ"lə yaxınlaşması nəticəsində meydana gəldi.
Hücumların əsas səbəbi Nasiri idarədən almaq və kanalın idarəsində qərb dövlətlərini lider tutmaq idi.
29 Oktyabr 1956"da İsrail Sina yarımadasını işğala başladı. Daha sonra Fransanında qatılması ilə Misirin məğlubiyyəti demək olar dəqiqləşdi.
5 Noyabr tarixinə qədər Fransızlar Qahirəni bombaladılar. İsrail qüvvələri isə Süveyş kanalını işğal etdi.[1]
Həm SSRİ həmdə ABŞ bu hücumları dayandırma çağırışları etdi. Hər iki dövlətin eyni çağırışları etməsi Soyuq müharibənin nadir hallarından biri oldu.
Nəhayət Birləşmiş millətlər sülh qüvvələri sina yarımadasına yerləşdirildi və 1967-ci ilə qədər bölgədə qaldı.
O tarixdən sonra isə dərhal Altıgünlük müharibə başladı.[2]