Süveyş kanalı

Süveyş kanalı (ərəb. قناة السويس‎) — Misirdə, Süveyş bərzəxi vasitəsilə Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan və Asiyanı Afrikadan ayıran süni su kanalı. 1858-ci ildə Ferdinand de Lesseps tərəfindən qurulan Suez Canal Company tərəfindən 1859-1869-cu illər arasında inşa edilmişdir. Kanalın açılışı 17 noyabr 1869-cu ildə olmuşdur. Uzunluğu 193,30 km (120,11 mil) olan kanal Avropa ilə Asiya arasında əsas ticarət yoludur.

Süveyş kanalı
ərəb. قناة السويس
Kosmosdan görüntü
Kosmosdan görüntü
Giriş Port-Səid
Mənsəb Port-Süveyş
Uzunluğu 193.3 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]