Süzanna Mübarək

Süzanna Mübarək (28 fevral 1941, Əl-Minya) — Misirin birinci xanımı.

Süzanna Mübarək
ərəb. سوزان مبارك‎
Doğum tarixi 28 fevral 1941(1941-02-28) (83 yaş)
Doğum yeri
Həyat yoldaşı Məhəmməd Hüsnü Mübarək
Uşağı Camal Mübarək
Milliyyəti ərəb
Fəaliyyəti Misirin birinci xanımı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Syuzan Mübarək 28 fevral 1941-ci ildə anadan olub. Onun ailəsi qarışıq sayılır. Atası misirli, anası iləs xristian dininə tapınan valliya xalqının nümayəndəsidir. Syuzan Qahirədəki "müqəddəs Klara" məktəbində oxuyub. Daha sonra 1977-ci ildə Qahirədə yerləşən Amerika Unversitetinin siyasi elmlər üzrə baklavr pilləsini bitirib. 1982-ci ildə "Misir şəhərlərinin sosial formalaşması" mövzusunda dissertasiya müdafiə edərək magistr olub. 1977-ci ildə onun tərəfindən "Integrated Care Society" adlı xeyriyyə çəmiyyəti yaradılıb. Syuzan Mübarək bu günə qədər Fonda rəhbərlik edir.

1978-ci ildə Mübarəklə rəsmi nikah bağlayan Syuzan prezident xanımı olduğu dövrdə də xeyriyyəçi kimi tanınıb. Syuzan Mübarək həmçinin uşaq və qadın hüquqlarının müdafiəçisi kimi də populayr olub. O, 1988-ci ildə İraqda prezident sarayında baş verən dəhşətli cinayətin şahidi kimi də tarixə düşüb. İraqda olan Syuzanın şərəfinə verilən nahar zamanı İraq prezidenti Səddam Hüseynin oğlu Udey onun gözü qarşısında Səddamın mühafizəçisinin vurub öldürür.

Hazırda Syuzan Mübarək ana və uşaq üzrə Milli Şuranın üzvü, gənc ədəbiyyatçılar komitəsinin rəhbəridir. "Savad hamı üçün" hərəkatının lideri olan Syuzan Mübarək həmçinin Misirdə və Afrikada dəbdə olan qızların sünnət edilməsi adətinə qarşı sərt mübarizəsi ilə tanınır. Onun iştirakı ilə Misirdə uşaq müzeyi yaradılıb.

1998-ci ildə Avropanın elm və incəsənət akademiyasının qadın və uşaq azadlığı uğrunda apardığı mübarizəyə görə "tolerantlıq mükafatını" alıb. Özünün fəal xeyriyyəçilik işlərinə görə Misirdə o "Ana Syuzan" adı ilə çağırılır.[1]

  1. ""Cənab vicdan" çağırılan Mübarək və ailəsi". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-17.