Sığınacaq (ing. Shelter) — 2007-ci ildə rejissor Conah Markovitz tərəfindən çəkilmiş ABŞ istehsalı olan dram filmi.
Zak kolleci bitirmiş bir gəncdir. 4 ildir ki, sevgilisi ilə problemi var. Bütün vaxtını bacısının uşağı Kodiyə baxmaq, işləmək və küçə sənətçiliyi ilə keçirir. Kodi hər kəs tərəfindən azarlanır. Yalnız Zakı atası olduğunu fikirləşdiyinə görə onun sözünə baxır.
Bu arada Zakın dostlarından biri öz dostu Şaunla birgə kəndə gəlir və onlar birgə gəzib dolaşırlar, dost olurlar. Şoun Zakın problemlərini görüb ona kömək etmək istəyir. Zakın bacısı Kodilə maraqlanmadığı halda Zakdan Kodiyə və xəstə atalarına baxmağı və Şaunla görüşməməyi tələb edir. Bu arada Zak Şauna aşiq olur. Ancaq bir müddət bunun yanlış qərar olduğunu düşünür. Lakin sonradan Zak özünü toplayır və Şaunla birgə yeni həyatının təməlini qoyur.
Nəhayət, Zak arzusunda olduğu universitetə qəbul olur və Şaunla birgə Kodini də özlərilə götürərək həmin universitetin olduğu şəhərə gedirlər.
- Trevor Rayt — Zak
- Bred Rou — Şaun
- Tina Holmes — Cin
- Ross Tomas — Qeyb
- Keyt Ualder — Tori
- Albert Rid — Billi
- Coy Qohrinq — Ellen
- Mətt Buşell — Alan
- Keitlin Krosbi — Şeri
- Raquel Castin
Sığınacaq filmi ilk öncə 2007-ci ildə San Fransiskoda "Frameline Film Festivalı"nda nümayiş etdirildi. Kinoteatrlarda isə 2008-ci ildə nümayişə başladı. Filmin DVD versiyası isə 2008-ci ilin 27 may tarixində satışa çıxarıldı. DVD-də rejissor Conah Markovitzin eləcədə Trevor Rayt və Bred Rounun müsahibələridə yer alıb.
Filmin musiqi albomu Shelter: Music from the Motion Picture başlıqlı adı ilə 2008-ci ildə satışa çıxarıldı.[2]
- "Goin' Home" (bəstəkar və ifa edən Bill Ferquson)
- "I Like That" (bəstəkar və ifa edən Şeyn Makanalli)
- "No Way Home" (bəstəkar və ifa edən Maətt Pavolaitis və Brett Kukinqam)
- "Pirate Sounds" (bəstəkar Ariel Reçsşald, Caş Kessler, Mark Ferrari, və Luis Pesakov, ifa edən Metyu Popieluç)
- "Teenage Romanticide" (bəstəkar Cen Mitz, Nina Martinez, və Susan Qeyl, ifa edən Dance Yourself to Death)
- "Look for Love" (bəstəkar və ifa edən Toni Valenzuela)
- "Darkness Descends" (bəstəkar Ariel Reçsşald, Caş Kessler, Mark Ferrari, və Luis Pesakov, ifa edən Metyu Popieluç)
- "Vaporizer" (bəstəkar və ifa edən Nikolas Viterelli)
- "What Do You Believe In" (written by Jeffrey S. Haycock, performed by The Vengers)
- "Trying" (bəstəkar Ariel Reçsşald, Caş Kessler, və Metyu Popieluç, ifa edən Metyu Popieluç)
- "Gimmie Clam" (bəstəkar və ifa edən Nikolas Viterelli)
- "Break" (bəstəkar və ifa edən Şeyn Mak)
- "Reflection" (bəstəkar və ifa edən Todd Hanniqan)
- "Lie to Me" (bəstəkar və ifa edən Şeyn Mak)
- "Time to Time" (bəstəkar Stüart Luis və Rid Foehl, ifa edən Stüart Luis)
- "More Than This" (bəstəkar və ifa edən Şeyn Mak)
- "Long Way Home" (bəstəkar və ifa edən Şeyn Mak)
- "Remember to Forget" (bəstəkar və ifa edən Şeyn Mak)
- "Cool of Morning" (bəstəkar və ifa edən Mətt Pavolaitis və Brett Kukinqam)
- GLAAD Media Awards – Won, Outstanding Film – Limited Release, 2009.
- Seattle Lesbian & Gay Film Festival – Won, Best New Director (Jonah Markowitz), 2007.
- Seattle Lesbian & Gay Film Festival – Won, Favorite Narrative Feature, 2007.
- Vancouver Queer Film Festival – Won, People’s Choice Award for Best Feature, 2007.
- Tampa Gay & Lesbian Film Festival – Won, Best Actor (Trevor Wright), 2007.
- Tampa Gay & Lesbian Film Festival – Won, Audience Award for Best Cinematography (Joseph White), 2007.
- Philadelphia International Gay & Lesbian Film Festival – Won, Special Award for first-time director (Jonah Markowitz), 2007.
- Dallas OUT TAKES – Won, Best Film, 2007.
- Outfest – Won, HBO Outstanding First Dramatic Feature (Jonah Markowitz), 2007.
- Melbourne Queer Film Festival – Won, Audience Choice Award for Best Feature, 2007.