Sızanaq və ya çivzə xəstəliyi — dərinin iltihabi xroniki xəstəliyidir. Elmi adı acne vulgaris olan bu xəstəlik əsasən yeniyetməlik dövründə meydana çıxır. Lakin istənilən yaşda yarana bilər. Kürəkdə, üzdə, saçlı dəridə əsasən irinli qabarcıqlar şəklində özünü göstərir.
Sızanaq xəstəliyi | |
---|---|
| |
| |
XBT-10 | Şablon:ICD10 L |
XBT-10-KM | L70, L70.9, L70.2 |
XBT-9 | |
XBT-9-KM | 706.0[1][2] |
OMIM | 604324 |
DiseasesDB | 10765 |
MedlinePlus | 000873 |
eMedicine | med/1069804 |
MeSH | D000152 |
Vikianbarda əlaqəli mediafayllar |
Sızanaq və ya akne xəstəliyinin yaranmasında zəncirvari dörd ana mexanizm mövcuddur. Onlar aşağıdakılardır:
Yəni yağ vəzlərinin həddindən artıq ifrazı. Yağ vəzlərinin sintezi və ifrazı birbaşa insanın hormonal statusunua bağlıdır. Yağ vəzlərindəki hormon reseptorları və qandakı hormonların miqdarı arasındakı tarazlıq yağ vəzlərindəki möhtəviyyatın sintezini və ifrazını tənzimləyir. Genetik olaraq hiperseborreya halına meyilli olanlarda bu balans pozulduğu üçün üz dərisi və saçlarda yağlanma müşahidə olunur. Bu isə akne xəstəliyinə meyilliyə səbəb olur.
Hiperseborreya halı yağ vəzlərində akne törədən mikrobların xüsusən, “Propionibacterium acnes” bakteriyalarının kolonizasiya və çoxalmasına səbəb olur ki, bu isə öz növbəsinəd dəridə iltihabı reaksiyaların tətiklənməsinə səbəb olur. Çivzə xəstələrində həm daxilə, həm də xaricə tətbiq edilən antibioterapiya məhz bu bakteriyalara qarşı yönəlmişdir.
Hiperkeratoz tük follikulasının dəriyə açılan hissəinin divarlarının qalınlaşmasıdır. Tük follikulalarının dəriyə açılan hissələrində hiperkeratoz və hiperseborreya səbəbiylə ölmüş hüceyrələrin və yağ möhtəviyyatının depolonması akne yaranmasına səbəb olur. Çivzə xəstələrində bu mexanizmin törətdiyi səogilər özünü əsasən açıq və qapalı komedonlar şəklində özünü göstərir. Bunlara bəzən ağ nöqtələr və qara nöqtələr deyilir.
Yuxarıda sadalan hər üç mexanizm zəncirvari qaydada nəhayətdə üz dərisində iltihabi reaksiyalara səbəb olur ki, bu da öz növbəsində akne səpgilərini yaradır.
Sızanaq xəstələrində yuxarıda sadalanan dörd ana mexanizmlərdən biri və ya bir neçəsi üstünlük təşkil edərək müxtəlif formalı sızanaq səpgilərinə səbəb olurlar. Bu səbəbdən çivzə xəstələrini müalicə etmədən əvvəl mütləq qaydada dermatoloq əyani şəkildə müayinə edir və xəstəyə spesefik müalicə təyin edir.[3]
Sızanaq (akne) xəstəliyi qadınlarda fərqli bir mexanizmlərlə cərəyan edə bilər. Kişilərdən fərqli olaraq qadınlarda sızanaq problemi hormonal pozuntular fonunda meydana gələ bilər.[4] Xüsusən yumurtalıq kistalarına bağlı yaranmış sindromik halların verdiyi sızanaq problemlərinə tez-tez rast gəlinir. Belə xanımlarda adətən sızanaqlar mensturasiya (aybaşı) öncəsi kəskinləşməyə başlayır, yeniləri meydana gəlir, köhnələri qızışır. Bəzilərində tüklənmə problemləri də ortaya çıxır. Xəstələr mensturasiya pozulmaları olduğunu da etiraf edirlər. Belə xəstələrin bəzilər prediabetdən və artıq çəkidən əziyyət çəkirlər. Hormonal pozuntular sadəcə yumurtalıq problemlərinə bağlı yaranmır. Bəzi xəstələrdə hormonal pozuntular böyrəküstü vəzin hormonlarına bağlı yaranır və ciddi sindromik hallara gətirib çıxarda bilir.
Saç və dəri yağlılığı, saç töklüməsi, saçlarda seyrəlmə də hormonal pozuntlara bağlı yarana bilər və sindromik halların bir parçası ola bilər. Bu baxımdan peşəkar dermatoloq ətraflı anamnez topladıqdan sonra ehtiyac olduğu təqdirdə qadın pasientlərdə hormonal pozuntuları aşkarlamaq üçün xəstəni xüsusi laborator və radioloji müayinələrdən keçirdə bilər. Əldə edilmiş nəticələr isə müalicənin istiqamətini və müddətini təyin edir. Kişilərdə isə sızanaq problemlərinin hormonal pozuntulara bağlı yaranması daha nadirdir lakin mümkündür.[5]
Sızanaqlar əsasən üz dərisində meydana gəlir. Lakin, kürəkdə, sinədə, yanlarda, saçlı dəridə, çiyinlərdə də yarana bilər. Klinik əlamətləri müxtəlifdir. Açıq və qapalı komedonal formaları vardır. Qara nöqtələr və ağ nöqtələrə şəklində özünü büruzə verir. Papulo-pustulyar sızanaq forması irincikli iltihabi xarakterdə olurlar. Bəzi xəstələrdə sızanaqlar daha dərində yerləşdiyi üçün ağrılı olurlar. Bunlara nodulo-kistik akne deyirlər.[6]
Gənə xəstəliyi ilə sızanaq xəstəliyi tamamiylə fərqli problemlərdir. Gənə və ya elmi adı demodex folliculorum hər bir insanda mövcüd ola kommensal parazitdir. Bu parazit əsasən üz dərisində yağ vəzlərində yaşayır. Yaşamı boyunca normal dəridə hər hansı bir qaşıntı, qızartı, yanma, batma və s. kimi əlamətlər vermir. Yəni, bəzi insanların söylədiyi kimi “dəridə sanki nəsə gəzir” hissini vermir. Bəzi insanlarda ekzogen və endogen faktorların təsirindən dəridə gənə paraziti çoxalmağa başlayaraq dəridə demodikoz xəstəliyi törədə bilər. Demodikoz xəstəliyi sızanaq xəstəliyi ilə eyni olmayan, tamam fərqli xəstəliklərdir. Demodeks əleyhinə müalicələr heç bir zaman vulqar akne və ya adi sızanaq problemini aradan qaldırmır. Demodeks paraziti ilə mübarizə aparmaq doğru deyildir. Cünki, bu parazit testlərdə hər zaman müsbət çıxa bilər. Xəstəlik əlamətləri aradan qalxsa belə nəticələr müsbət çıxa bilər.
Çivzələrdən əziyyət çəkən xəstələrdə demodeks testləri müsbət nəticə verə bilər. Lakin, testin müsbət çıxması çivzə probleminin yaranmasında gənə iştirak etdiyi mənasına gələ bilməz. Demodex folliculorum parazitinin sızanaq xəstələrində çoxalması reaktiv səbəblərdən yarana biləcəyi və yağlı dəri probleminə bağlı meydana gəlməsi ehtimal edilir. Gənələr çoxalaraq bəzi insanlarda rozasea xəstəliyi də yarada bilər. Həm rozasea, həm də demodikoz xəstəliyinin müalicəsində gənə əleyhinə müalicələr almaq olar və müsbət nəticələr əldə etmək mümkündür. Lakin, vulqar akne problemi demodeks əleyhinə müalicələr ilə düzəlmir və ya qismən düzəlir.
Sızanaq xəstəliyinin diaqnozu xəstə anamnezi və klinik müayinə əsasında qoyulur. Acne vulgaris xəstəliyinin diaqnozu üçün xüsusi testlərə ehtiyac duyulmur. Lakin, xəstəliyin yaranma səbəbləri və müalicə taktikasını təyin etmək üçün dermatoveneroloq xəstəni xüsusi laborator, radioloji və s. testlərdən keçirdə bilər.
Sızanaqların müalicəsi adətən uzun müddət alır. Sızanaq xəstəliyi xroniki dəri problemi olduğu üçün müalicələr uzun çəkir. Lakin bu sualın cavabı şərtidir. Hər şey sızanaq xəstəliyi probleminin ağırlığından, növündən, səbəbindən və s. kimi faktorlardan asılıdır. Elə çivzələr ola bilər ki, onların müalicəsi qısa müddətli və biryolluq olsun. Amma əksər hallarda sızanaqların müalicəsi uzun müddətli olur. Çivzələr adətən 30 yaşdan sonra azalır. Lakin bəzi xəstələrdə xüsusən qadınlarda akne xəstəliyi 30 yaşdan sonra da davam edə bilər və müalicələr bir qədər də uzana bilər. Əgər xəstədə sızaqlar, daxili xəstəliklər fonunda yaranıbsa bu zaman xəstəliyin müalicəsi uzanır. Cünki dəri xəstəliyi əleyhinə müalicələrə yanaşı daxili xəstəliklər əleyhinə terapiyalar da aparılması tələb olunur.
Çivzələrin müalicəsi sadəcə dermatoloq həkimin təyin etdiyi dərmanlarla yekunlaşmır. Xəstənin profilaktik qaydalara əməl etməyi də aknenin müalicəsi ilə bir başa əlaqəlidir. Pasient çivzələri sıxmaqda və qoparmaqda davam edərsə, dieta tutmazsa sızanaqların müalicəsi daha da uzana bilər. Bundan əlavə xəstələr sızanaq probleminin likin mərhələlərində müraciət etdikləri təqdirdə çivzələrin müalicəsi daha qısa müddətli ola bilər. Lakin sızanağın biryolluq müalicəsi də mümkündür. Bəzi ağır preparatlar vasitəsi ilə 4-8 aylıq çəkən terapiyalar ilə xəstəliyin tamamiylə yox edilməsi mümkündür. Fəqət profilaktika məqsədi ilə qoruyucu kremlərin uzun müddət istifadəsi məsləhət edilir. Görüldüyü kimi çivzə xəstəliyinin müalicəsi nə qədər çəkir sualına birmənalı cavab vermək mümkün deyildir. Orqanizmdən asılı olaraq bu sualın cavabı dəyişir.[4]
Sızanaq terapiyası üçün yerli antibakterial kremlər, keratolitik losionlar, retionid kremləri, hormonlar kremlər istifadə edilir. Lakin, bir qədər şiddətli akne formalarında daxilə antibiotiklər, hormonal həblər verilir. Fəqət bu dərmanlardan savayı son zamanlar bütün mütərəqqi səhiyyə sisteminə sahib ölkələrdə sızanaqların müalicəsi yeni üsullarla aparılır. Belə ki, retinoid qrupu içərisində baxılan oral izotretinoin molekulası və ya soydaşlarımız tərəfindən roaccutane dərmanı kimi tanınan terapevtik maddə akne xəstəliyinin müalicəsi üçün çox uğurla istifadə edilməkdədir.
Möcüzəvi təsirlərə malik oral izotretinoin dərmanı sızanaq xəstəliyinin müalicəsi üçü çox önəmli preparatdır. Roaccutane dərmanı ilə yağlı dəri problemi həll edilir. Paralel şəkildə yağlı saçlar problemi aradan qalxır. Üzdəki irinli çivzələr aradan qalxır. Daxilə qəbul edilən izotretinoin dərmanı ilə hətta sızanaq xəstəliyindən biryolluq qurtulmaq da mümkündür. Roaccutan dərmanı ilə akne xəstəliyinin tam müalicəsi vəd edilə bilər. Cünki, bu dərman potent antiakne təsirlərə sahibdir. Bir çox sızanaq xəstələri oral izotretinoin dərmanı ilə üzdəki sızanaq probleminə biryolluq çarə tapa bilmişlər.
Fəqət unutmaq lazım deyil ki, sızanaq xəstəliyinin müalicəsi üçün bu dərman yalnız peşəkar dermatoloq tərəfindən təyin edildikdən sonra qəbul edilməlidir. Oral izotretinoin dərmanı qaraciyərə ciddi toksik təsirə malikdir. Bundan başqa döldə eybəcərliklər yarada biləcəyi üçün hamilə qadınlara və hamiləlik planlaşdıranlara əks göstərişdir. Roaccutane dərmanı qəbul edilidiyi müddətcə qan donoru ola bilməz. Qanda hiperlipidemiya yaratma xüsusiyyəti vardır. Dodaqlarda quruluq bütün xəstələrdə yaranır. Bundan əlavə nadir görülən yan təsirləri də vardır. Bu dərman 6-8 ay müddətində peşəkar dəri həkimi tərəfindən təyin edilməklə və xəstənin müalicə sırasında həkim nəzarətində qalmağı şərti ilə təyin edilir. Sızanaq xəstəliyinin müalicəsi zaman və xəstələr tərəfindən səbir tələb edir.
Vulqar akne xəstəliyinin müalicəsi ölkəmizdə yerli antibakterial kremlər, retinoid kremlər, keratolitiklər, daxilə verilən antibiotiklər, dieta ilə müalicə edilir. Qadınlarda əlavə olaraq hormonal preparatlar istifadə edilir. Retinoidlər əsasə roaccutane olaraq tanıdığımız oral izotretinoin dərmanı istifadə edilir.[7]
Sızanaq xəstələri stresli situasiyalardan uzaq durmağı bacarmalıdırlar. Sızanaqların sıxılması və qoparılası yasaqlanmışdır. Dermatoveneroloqun təyin etdiyi dietaya fikir vermək lazımdır.