Səbahəddin Şimşir (türk. Sebahattin Şimşir; 9 fevral 1966, Balıkəsir ili) — Türkiyə tarixçisi, Azərbaycan siyasi mühacirət tarixinin araşdırıcısı, tərcüməçi, tarix elmləri doktoru, professor.
Səbahəddin Şimşir |
Doğum tarixi |
9 fevral 1966(1966-02-09) (58 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Səbahəddin Şimşir 9 fevral 1966-cı ildə Türkiyə Cümhuriyyətinin Balıkesir bölgəsinin Kayapa ilçəsinə bağlı İvrindi məhəlləsində anadan olmuşdur. Kayapa ibtidai məktəbini, Bandırma Şəhid Süleyman bəy orta məktəbini, Balıkesir Muharrem Hasbi Koray Liseyini bitirmişdir. 1990-cı ildə Ege Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Ege Universitetinin Tarix bölümündə müəllim kimi çalışmağa başlamışıdr. Magistratura və doktorantura təhsilini Ege Universiteti Sosial Elmlər İnstitutunda (Sosyal Bilimlər Enstitüsü) tamamlamışdır. 2001-ci ildə de Balıkesir Universiteti Atatürk İlkeləri ve İnkılab Tarixi bölümündə müəllim kimi fəaliyyətə başlamışdır.
- 2002-ci ildə Balıkesir Universitetinin Tarix bölümündə Türk dünyası tarixi ixtisası üzrə dosent əvəzi, daha sonra dosent adını almışdır.
- 2004–2008-ci illərdə Qazaxıstanın Almatı şəhərindəki Abay Dövlət Pedaqoji Universitetində bölüm başkanı kimi fəaliyyət göstərmişdir. Qazaxıstanda çalışdığı dönəmdə onun elmi redaktorluğu ilə "Abay Türkoloji Yıllığı" adlı dərgi yayınlanmışdır.
- 2013-cü ildə Stratejik Vizyon Ödülünə layiq görülmüşdür
- 2019-cu ildən Balıkesir Universitetinin Fənn Ədəbiyyat fakültəsinin professorudur.
Ailəlidir, bir qızı var.
Səbahəddin Şimşirinin araşdırmalarında Azərbaycan mühacirətinin tarixi-siyasi və ədəbi-kulturoloji araşdırmaları üstünlük təşkil edir. Belə ki, onun Məhəmməd Əmin Rəsulzadə, M. B. Məmmədzadə, Ə. Ağaoğlu, Ə. Hüseynzadə, Ə. Yurdsevər, Ə. Cəfəroğlu, M. S. Aran və başqa Azərbaycan mühacirləri haqqında araşdırmaları elmi tutumu ilə diqqəti çəkir. Müəllifin əsərləri içərisində Dağlıq Qarabağ, Xocalı soyqırımı, İrəvan xanlığı ilə bağlı araşdırmalar xüsusi yer tutur. O, həmçinin Türk Dünyasının tarixi-siyasi problemləri və şəxsiy-yətləri haqqında ciddi, sistemli araşdırmaların müəllifidir. Elmi məqalələri və publisistik yazıları 1992-ci ildən başlayaraq "Tarih", "Azerbaycan", "Türk Yurdu", "Türk Diplomatik", "Yesevi", "Yeni Türkiye", "Kardaş Edebiyatlar", "Orkun", "Türk Kültürü", "Türkiyem", "Türk Dünyası Araştırmaları", "Yeni Forum", "Bilge", "Hür Efe", "Hergün", "Kurultay" və başqa dərgi və qəzetlərdə dərc olunmuşdur. Tərcümə fəaliyyəti ilə də ardıcıl şəkildə məşğul olmuş, Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan problemi" əsərini alman dilindən Türkiyə türkcəsinə (Perihan Mete ilə birlikdə) çevirmişdir. O, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan parlamentindəki çıxışlarını da toplayaraq Türkiyə türkcəsində nəşr etdirmişdir. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans, forum və simpoziumların iştirakçısı və təşkilatçısı olmuşdur.
- Mehmet Emin Resulzade’nin Türkiye’deki Hayati Faaliyetleri ve Düşünceleri (1995)
- Azerbaycanlıların Türkiye’deki Siyasî ve Kültürel Faaliyetleri (2001)
- Azerbaycan’ın İstiklal Mücadelesi (2002)
- XX. Yüzyıl Türk Düşünürleri (2008)
- Azerbaycanda Kızıl Soykırım (2011)
- Türk Dünyası Tarihi (2012)
- Mehmet Sadık Aran (2012)
- Tarihten Günümüze Türkiyede yaşayan Azerbaycan Türkleri (Aygün Attar ile, 2013)
- Hocalı Soykırımı (2014)
- Karabağ Hanlığı (2014)
- Türküstanda Türkler (2015)
- Türklük Bilgisi İncelemeleri (2016)
- Fetö Darbesi: Öncesi ve sonrası (2017)
- Tarih Bibliyografyası (Nahide Şimşir ile, 2017)
- İrevan Tarihi (2018)
- Tarihçi Gözüyle Türk Tarih Sosyolojisi yazıları (2018)
- Türk Dünyası ve Matbuat (2018)
- Rus Harcında Eriyen Türkler ya da Türk Soylu Ruslar (2019)
- Mehmet Emin Resulzade (2019)
- Kazak Bozkırında Meşale: Olcas Süleymanov (2020)
- Mehmet Emin Resulzade. Azerbaycan Problemi (Perihan Mete ile, 1996)
- Mehmet Emin Resulzade. Stalinle İhtilal Hatıraları (1997)
- Mehmet Emin Resulzade’nin Meclis Konuşmaları (2003)
- Cansever Tanyeri / Mehmet Emin Resulzade’nin Sadri Maksudi Arsal’a Yazdığı İki Mektup (Kardaş Edebiyatlar, Ocak-Şubat-Mart 1995),
- Aydil Erol / S. Şimşir, Mehmet Emin Resulzade’nin Türkiye’deki Hayati, Faaliyetleri ve Düşünceleri (Türk Dünyası Araştırmaları, Nisan 1996),
- Ali Birinci / Türk Yılı 1928 (Türk Ocakları Yıllığı, 1997),
- Ertuğrul Yaman — A. Kemal Bolaç — Ahsen Esatoglu / Türkiye’deki Türk Dünyası (1998),
- İsmail Çağrı Özcan / Türkiye’de Akademik Araştırmaların Ulaştığı Sonuca Bir Örnek Turan’dan Bozkurt’a II (Türk Yurdu, Temmuz 2002),
- Cengiz Çağla (Azerbaycan’da Milliyetçilik ve Politika, 2002),
- Ömer Özcan / Sovyet Mahkûmu Türklerin Muhaceretteki Mücadelelerinden Bir Safha: Türk İlleri Cephesi (Türk Yurdu, mart 2003),
- Gülben Mat / Azerbaycanlıların Türkiye’de Siyasî ve Kültürel Faaliyetleri (Türk Dünyası Araştırmaları, Nisan 2003),
- İhsan Işık / Resimli ve Metin Örnekli Türkiye Edebiyatçılar ve Kültür Adamları Ansiklopedisi (2. bas., 2009).
- Sebahattin Şimşir https://keçid