Səbihə Göyçən Beynəlxalq Hava Limanı

Səbihə Göyçən Hava Limanı (türk. Sabiha Gökçen Havalimanı) — İstanbulun Pendik ilçəsinin sərhədlərində inşa edilən, şəhərin ikinci hava limanı. Havalimanı, dünyanın ilk qadın savaşçı pilotu və Türkiyənin ilk qadın pilotu olan Səbihə Göyçənin şərəfinə adlandırılmışdır. Təməli 1998-ci ilin fevralında qoyulmuş və 2001-ci ilin yanvarında tamamlanmış hava limanının dəyəri 550 milyon ABŞ dollarına bərabər olmuşdur.

Səbihə Göyçən Hava Limanı
türk. Sabiha Gökçen Havalimanı
Xəritə

40°53′54″ şm. e. 029°18′33″ ş. u.


IATA: SAWICAO: LTFJ
Məlumat
Hava limanı tipi İctimai
Ölkə Türkiyə Türkiyə
Yeri İstanbul
Açılış tarixi 8 yanvar 2001 (23 il əvvəl) (2001-01-08)
Sahibkar HEAŞ
Operator Malaysia Airports
Qovşaq Türk Hava Yolları
Pegasus Hava Yolları
Anadolu Jet
Dəniz səviyyəsindən
hündürlüyü
312 ft / 95 m
Sahəsi 4,500 m²
Saat qurşağı UTCUTC+03:00
Xəritə
SAW (Türkiyə)
SAW
Hava limanının Türkiyə xəritəsində yerləşməsi
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
06/24 9,842 3,000 Beton
Statistika (2018)
Yük daşınması 50,868
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hava limanı Malaysia Airports tərəfindən idarə olunur. Yerüstü xidmətləri, əməliyyatları, yük və təhlükəsizlik əməliyyatları ISG adlandırılan İstanbul Səbihə Göyçən Hava Limanı İnvestisiya İnşaat və İdarəetmə ASM tərəfindən həyata keçirilir. 2017-ci ildə 31.385.841 sərnişini, 219.656 təyyarəsini və 50.868 ton yük daşınmasını qəbul edən Səbihə Göyçən Hava Limanı, ölkənin ikinci ən işlək hava limanıdır.[1]

AirHelp Score 2019-a əsasən, dünyanın ən yaxşı 29-cu hava limanı seçilib, sorğuda 40-dan çox ölkədən 40 mindən çox sərnişinin iştirak etdiyi sorğuda 10-dan 7,93 bal toplayıb.[2]

Beynəlxalq terminalı

[redaktə | mənbəni redaktə et]

Yeni terminal binası illik 25 milyon sərnişin tutumuna malikdir, daxili və beynəlxalq reyslər eyni binada həyata keçirilir.

İstanbul Səbihə Göyçən Beynəlxalq Hava Limanının terminalında yer alır:

  • 4.818 nəqliyyat vasitəsi və 72 avtobus tutumlu 4 mərtəbəli avtopark
  • 4 mərtəbəli və 128 otaqlı hava limanı oteli, quru və hava fərqli girişləri
  • 112 check-in sayğacı, 24 şəxsi self-check sayğacı
  • VIP bina və şəhər mənzərəsi olan CIP bölmələr
  • 8 böyük gövdəyə (ICAO kodu E) və ya 16 orta gövdəyə (ICAO kodu C) eyni vaxtda xidmət edə biləcək çoxsaylı təyyarələrin dayanacaq sistemi,
  • 400 m² konfrans zalı
  • 5.000 m² qida və içki sənayesinin aparıcı markaları tərəfindən idarə edilən restoran və kafe sahəsi
  • 4.500 m² beynəlxalq səviyyədə rüsumsuz mağazalar

Yük terminalı

[redaktə | mənbəni redaktə et]
  • İldə 90.000 ton yük anbarı
  • 7.000 m² qapalı anbar ərazisi
  • Hər biri 20 m² olmaqla 18 soyuq anbar

Aviasiya baxım, təmir və modifikasiya zonası

[redaktə | mənbəni redaktə et]

Hava limanı tərkibində THY Texniki ASM və Turkish Engine Center (TEC) şirkətləri ilə aviasiya baxımı, təmiri və modifikasiyasının həyata keçirildiyi bölgəsi yer alır.

Uçuş zolaqları və dayanacaq yerləri

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 3000 metr olan uçuş-enmə zolağı yer alan hava limanına eyni vaxtda 55 təyyarənin yanacağını 5,000 m³-luq yanacaq çənindən boruların köməyi ilə doldurmaq mümkündür. İstifadəyə yeni açılan uçuş-enmə zolağının uzunluğu 3500 metr, eni isə 60 metrdir. Bu zolaq Türkiyədə Airbus A380 təyyarəsinin enə biləcəyi tək zolaqdır.[3]

Mühafizə və yanğınsöndürmə

[redaktə | mənbəni redaktə et]

Bütün bölmələr fövqəladə hallar üçün öncədən xəbərdarlıq sistemləri ilə təchiz olunmuşdur. Təhlükəsizlik üçün, 42 mühafizəçi kabineti ilə əhatə olunmuş terminal binalardakı bütün girişlər smart kart sistemi ilə idarə olunur. Hava limanının qapalı və açıq məkanlarını daim izləyən 137 təhlükəsizlik kamerasının çəkdiyi görüntülərə 60 ekran baxır.

Yanğın və icazəsiz kart istifadəsi kimi qeyri-adi hallarda, həmin nöqtəyə yönəlmiş kameralar rəqəmsal mühitdə eyni vaxtda görüntünü qeyd edir. Hava limanının təhlükəsizlik sistemi həmçinin ikiqat hasar sistemi və fiziki təmasa yaxud hərəkətə həssas olan yeni nəsil rentgen cihazlarına malikdir. Bir çox əşyaları - narkotik maddələrdən plastik partlayıcı maddələrə, adi silahlardan tarixi əsərlərə qədər ayırmağı bacaran bu qurğular sərnişinlərin baqajlarını yoxlama masasına təhvil verdikdən sonra işə salınır və qanunsuz obyektin aşkarlanması təqdirində birbaşa operatora avtomatik xəbərdarlıq edir.

Terminalların bazasında 300 seysmik izolyator olan hava limanı, seysmik izolyasiya baxımından dünyanın ən nəhənglərindən biridir.[4]

Sabiha Göyçən Hava Limanı Kadıköydən 30 km, Taksimdən 40 km və Qəbzədən 30 km məsafədədir. İctimai nəqliyyat hava limanından Kozyatağı, Kadıköy, Levent və Bostancı şəhər avtobusları ilə, hava limanında sərnişin xidmətləri ilə İzmit, Kadıköy, Kozyatağı və Taksimə mümkündür. Ekspedisiyalar Kocaeli Böyükşəhər Bələdiyyəsi tərəfindən hər saat 250 xətt üzrə təşkil edilir. Hava limanına nəqliyyat Pendikdə Marmaray, Dovşantəpə dayanacağında Kadıköy-Kartal metrosu və Kurtköy stansiyasında Sürətli Dəmiryol Layihəsi vasitəsilə həyata keçirilir.[5]

  1. "İstanbul'da uçak trafiği azaldı, yolcu sayısı arttı | Ekonomi haberleri". Dünya. 13 fevral 2019. Archived from the original on 2019-02-13. İstifadə tarixi: 22 mart 2020.
  2. "Sabiha Gökçen dünyanın 29. en iyi havalimanı seçildi". www.aa.com.tr. 2019-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2020.
  3. "'Sabiha'nın pistleri dünyanın en büyük uçağına göz kırptı - Milliyet Haber". Milliyet. 7 iyul 2014. Archived from the original on 2014-07-07. İstifadə tarixi: 22 mart 2020.
  4. Giles, Chrissie. "What would an earthquake-proof city look like?". The Guardian. 11 dekabr 2017. 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2020.
  5. "istanbulunmetrosu.com - istanbulunmetrosu Resources and Information". ww1.istanbulunmetrosu.com. 2017-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2020.