Səbinə Abbasova (16 iyul 1994, Bakı, Azərbaycan) — Azərbaycanın bədii gimnastı.
Səbinə Babayeva | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası |
İdman növü | bədii gimnastika |
Səbinənin atası ehtiyatda olan hərbçidir; anası məktəbəqədər hazırlıq müəlliməsidir və qardaşı isə hərbi həkimdir.
Səbinə Abbasova idman karyerasına 1999-cu ildə başlayıb. O, ilk medalını (gümüş) Gənclərdən ibarət komandanın tərkibində digər 4 gimnastla beş lentlə hərəkətdə 2009-cu ildə Bakıda keçirilən Avropa Çempionatında qazanıb. Avropa Çempionatlarının, eləcə də Dünya Kubokunun mərhələlərində, eləcə də digər beynəlxalq turnirlərdə - ümumilikdə böyüklərdən ibarət komandanın tərkibində Səbinə 2014-cü ildə 11 medal (o cümlədən beşi qızıl) qazanıb. O, 2015 Avropa Oyunlarında qrup komandası tərkibində çıxış edəcək[1].
Səbinə Abbasova uşaqlıqda Rusiya gimnastı İrina Çaşinanın pərəstişkarı olub[2].