Səbinə Hacıyeva (professor)

Səbinə Xalid qızı Hacıyeva (13 oktyabr 1971, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi,[1] Azərbaycan Memarlar İttifaqının Elm və təhsil üzrə komissiyasının sədri, memarlıq üzrə elmlər doktoru, professor,[2] Əməkdar memar.

Səbinə Hacıyeva
Hacıyeva Səbinə Xalid qızı
Doğum tarixi (52 yaş)
Doğum yeri Azərbaycan SSR,Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Memarlıq
Elmi adı Professor
İş yerləri Azərbaycan Memarlıq və İnşaat Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı
"Tərəqqi" medalı
  • Səbinə Xalid qızı Hacıyeva 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı şəhərində orta məktəbi bitirib.
  • 1988-1994-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (sonra Azərbaycan İnşaat Mühəndisləri Universiteti, hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti) memarlıq fakültəsində ali təhsil alıb. Təhsilini 1994-1998-ci illərdə həmin universitetdə aspirantura pilləsi üzrə davam etdirib.
  • 1998-ci ildə “Orta əsr Azərbaycanın müsəlman və xristian dini memarlığının qarşılıqlı əlaqəsi” mövzusunda dissertasiya işini müdafiə edərək “Memarlıq namizədi” (Memarlıq üzrə fəlsəfə doktoru), 2013-cü ildə “Azərbaycan Respublikasının Şimal-qərb regionunun memarlıq irsi, onun qorunma və istifadə problemləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi ilə “Memarlıq üzrə elmlər doktoru” elmi adlarını alıb.
  • 2019-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.
  • Elmi Fəaliyyəti

1994-2003-cü illərdə  Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Landşaft memarlığı” kafedrasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasında dosent, professor vəzifəsində çalışıb. 2016-cı ildən son təyinatınadək həmin kafedranın müdiri olub. 1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib. 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifi, 4 kitabın həmmüəllifidır.

01 mart 2023-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

  • İştirak etdiyi layihələr

1997-ci ildə Yaponiyada “Yaşayış tikintisinin siyasəti”, 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında “Müasir inkişaf dövrünü yaşayan şəhərlərdə tarixi memarlıq irsinin qorunması” kurslarını müvəffəqiyyətlə bitirib. 2005-2009-cu illərdə UNESCO-nun təşəbbüsü ilə Minnesota Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birlikdə “Bakı şəhərinin tarixi hissəsi - İçərişəhərin tarixi binalarının inventarlaşması” və Florensiya Universiteti ilə birgə “Mədəni irs və yerli inkişaf” mövzusunda beynəlxalq layihələrə rəhbərlik edib.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi - Hacıyeva Səbinə Xalid qızı". irs.gov.az. 24.01.2024. 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
  2. Hacıyeva Səbinə Xalid qızı
  3. Azərbaycan memarlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında[ölü keçid]
  4. "Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə "Əməkdar memar" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 17.12.2021. 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.12.2021.